"Əgər mənim kartımı oğurlayıb pulu xərcləyən tapılıbsa..." - Sumqayıt sakini Vilayət Eyvazova üz tutdu
07-08-2023 [09:09]
"Bu il yanvarın sonlarında mənə məxsus olan kartlarım çantamdan oğurlanıb. Belə ki, həmin zamanlarda mən “Gold Qayalı” da alış-veriş edərkən pulqabımı bir neçə dəqiqəliyə aldığım malları yığdığım arabaya qoymuşam. Pulqabında 3 kart olub, amma yalnız "Unibank"ın "Albalı" kartında pul olub və çox güman ki, katlarım elə orada oğurlanıb, çünki itsəydi, 3 kart birdən itməzdi".
Bu sözləri Mia.az-a göndərdiyi şikayət məktubunda Sumqayıt sakini Rzayeva Zöhrə İbrahim qızı yazıb.
O bildirib ki, alış-verişi nağd etdiyindən kartlarının oğurlanmasından bir müddət sonra bankdan ona ödəniş etməsi barədə bildiriş gələndə xəbər edib: "Sonradan 3 gün ərzində - fevralın 3-ü və 4-də kimi kartımda olan 514 manat məbləğində pulun hamısı Sumqayıtda “Zeytun” aptekdən “Qayalı, “Bravo”, "Cövhər" marketdən alver edilərək xərclənib. Mən qarşılaşdığım hadisə ilə bağlı rəsmi surətdə polisə şikayət etdim və mənə dedilər “məsələ araşdırılır, zəng edəcəyik”. 3 gün sonra məni Sumqayıtın 3-cü polis bölməsinə çağırdılar və mənə, kartımdan “Qayalı” marketdə alış-veriş edən kişi və qadının kamera görüntülərini göstərdilər, amma mən onları tanımadığımı bildirdim. Polis bölməsində dedilər ki, 2 gündən sonra zəng edəcəyik. Sonra mənim məsələmlə bağlı heç bir yenilik olmadığından yenə 102-yə zəng etdim və yenə polis bölməsinə çağırdlar, dedilər 1 həftəyə zəng edəcəklər. Zəng etmişəm Bakı polis şöbəsinə, ordan da deyiblər gözlə zəng edəcəyik. Bax beləcə artıq 5 aydır ki, mənim məsələm həll olunmur.
3-cü bölmədə mənə dedilər ki, “ oğurlanan kartdan axırıcı dəfə Sumqayıt dəmiryol vağzalındakı “Bravo” Supermarketdə alış-veriş edilib və ora da Sumqayıt polis şöbəsinə aid olmadığına görə sizin işi veriblər Bakıya”. Sumqayıtda digər bölmədə Səadət adlı polis məndən yenə izahat aldı və dedi ki, “narahat olmayın, həmin adamlar kameraya düşüb, şəkilləri çəkilib, nömrə də var, kim olmaları müəyyən olunub, işə Bakı polisində baxacaqlar”. Dedilər işə Kamil müəllim baxır. Zəng elədim ona, o da dedi ki, işi başqa adama vermişik.
"Unibank" da məni məhkəməyə verib, tez-tez zəng edərək pulunu tələb edir. Borcumun üstünə faiz gəlib, 514 manat artıq 574 olub. Borc da günü-gündən artır, mənim onu ödəməyə imkanım yoxdur. Əgər mənim kartımı oğurlayıb pulu xərcləyən tapılıbsa, mən niyə ödəməliyəm 570 manatı?!".
Şikayətçi yazır ki, kartından istifadə edən, oğurluq edən tapılıb, hansı mağazalardan alver edib hamısı kameraya düşüb, polisdə iş açılıb, kartından pulu xərcləyən həmin adamla danışılıb da, amma nəticə yoxdur: "Dəfələrlə Daxili İşlər Nazirliyinin “102 zəng xidməti”nə zəng edib müraciət etmişəm ki, mənim işimə baxılsın, amma xeyri yoxdur. Niyə hər şey bəlli ola-ola mənim işim qapalı qalsın, tədbir görülməsin?!
Mətbuat vasitəsilə cənab daxili işlər naziri Vilayət Eyvazova müraciət edirəm. Hörmətli nazir, mənim işimə baxılması üçün tapşırıq vermənizi sizdən xahiş edirəm!".
Samir
MİAİ.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi