"Tərtər işi" üzrə proses təxirə salındı - Səbəb
04-08-2023 [14:13]
Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” üzrə həbs olunan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra etmiş general Bəkir Orucov, korpusun təhqiqatçısı İntiqam Məmmədov, hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi Rahib Məmmədov, döyüş hazırlığı üzrə şöbəsində xidmət edən Ülvi Rəşidov və snayper bölüyündən Ziya Kazımovun cinayət işi üzrə avqustun 3-nə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb.
Hakim bildirib ki, iş üzrə təqsirləndirilən şəxs Ülvi Rəşidovun qızının sağlamlığında ciddi problemlər var, o, bu səbəbdən prosesin təxirə salınmasını xahiş edib. Bu səbəbdən proses 1 həftəlik təxirə salınıb.
DİA.AZ musavat.com-a istinadla xəbər verir ki, Tərtər hadisələri ilə bağlı cinayət işi üzrə icraat təzələnəndən sonra 2017-ci ilin may-iyun aylarında yüzlərlə hərbçiyə qarşı baş vermiş işgəncə halları araşdırılmağa başlayıb. Baş Prokurorluğun İstintaq İdarəsində aparılan istintaq çərçivəsində 2017-ci ilin mayında Tərtərlə yanaşı, Beyləqanda da hərbçilərə qarşı kütləvi işgəncə hallarının araşdırılması həyata keçirildi. Çünki orada da işgəncələr eyni səbəblərlə həyata keçirilir, hərbçilərdən düşmənə casusluq etmələri haqda bir-birinin, yaxud da özlərinin əleyhinə etiraf ifadələri almağa cəhd göstərilirdi.
Bəkir Orucov da Beyləqan hadisələri ilə əlaqədar məsuliyyətə cəlb olunub. Lakin o, ittiham üzrə özünü günahkar bilmir. Qeyd edir ki, əksinə, o, səlahiyyətləri çərçivəsində işgəncələrin qarşısını almağa çalışıb. Bu barədə II Ordu Korpusunun komandiri Mais Bərxudarova dəfələrlə məlumat verməklə sorğulama işinin prokurorluq orqanının aparmalı olduğunu deyib. Mais Bərxudarov isə göstərişin Baş Qərargah rəisi Nəcməddin Sadıkovdan gəldiyini deməklə sorğulama prosesinin davam edirilməsinə şarait yaradıb. Beyləqan hadisələrilə əlaqədar 63 nəfər zərərçəkmiş qismində tanınıb.
İttihamda deyilir ki, hərbçilərə özlərinin, yaxud bir-birinin əleyhinə ifadə vermələri üçün işgəncə verilib, ləyaqətləri alçaldılıb, müxtəlif növ işgəncələr tətbiq olunub. İşgəncə nəticəsində bir nəfər - leytenant Adil Sabirli həlak olub.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri, İntiqam Məmmədova isə əlavə olaraq 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxslərin heç biri ittiham üzrə özünü təqsirli bilmir.
General Bəkir Orucov deyib ki, nə işgəncələrdə iştirak edib, nə də kiməsə göstəriş verib.
2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub. Bu iş üzrə ittiham olunan şəxslərdən Ziya Kazımov və Ülvi Rəşidov həbsdə deyil, onlar barəsində istintaq dövründə alternativ həbs-qətimkan tədbiri seçilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi