Bakıda çörəyin içindən naməlum məhlul çıxdı – İyrənc fakt - FOTOLAR (ÖZƏL)

img

26-05-2014 [11:58]


 Mia.az-a "Binə" Çörək zavodunun istehsal etdiyi çörəyin içindən çıxan maraqlı məhlul və əşyalarla bağlı foto-faktlar daxil olub.

 Mia.az xəbər verir ki, bu hadisə ilə Bakı sakini üzləşib. Onun zavod rəhbərliyi ilə danışığı isə effektsiz olub. Zavodun nümayəndəsi bunu sexdə təmizlik apararkən, barabana vuruluna "solidor” yağının yaxşı təmizlənməməsiylə əlaqələndirməyə şalışıb. Ancaq razılaşaq ki, bu, səmimi açıqlama deyil.

 Mia.az-ın ilkin aldığı rəylərdən isə aydın olub ki, çörəyin işindən çıxan və fotolardan görünən qara məhlulun nə olduğu dəqiq bəlli deyil.

 Mia.az həmin çörəyin müvafiq ekspertizdan keçirilməsi üçün aidiyyatı qurumlara rəsmi müraciət hazırlayıb. Ümid edirik ki, bu, insan səhhəti üçün təhlükəli olmayacaq.

 Faktla xəbərdə yeniləmə aparılacaq.

 Bizi izləyin!

MİA.AZ

corek-bine1.jpg (550×330)

corek-bine2.jpg (330×550)

corek-bine4.jpg (330×550)

corek-bine3.jpg (330×550)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA