İdarə müdirindən Zakir Qaralova şikayət olundu - "Azəriqaz"da yeni qalmaqal

img

26-05-2014 [11:48]


MİA.AZ-a Baş prokuror Zakir Qaralova və Dövlət Neft  Şirkətinin rəhbərliyinə ünvanlanmış şikayət məktubunun surəti daxil olub.

 "Azəriqaz» İstehsalat Birliyinin Nəsimi rayonu Qaz istismar Sahəsinin çilingəri, Qarabağ müharibəsi əlili Əhməd Fazil oğlu Rəhmanov yazır ki, işlədiyi idarədə son bir neçə ildə kadr siyasəti barədə çox böyük qanunsuzluqlar baş verir: «Belə ki, idarədə işləyən 3 Qarabağ müharibəsi əlili dəfələrlə idarə rəhbərliyi tərəfindən  qanunsuz olaraq təqiblərə məruz qalıb və onlara qarşı kampaniya bu gündə davam etməkdədir. Bu bərədə dəfələrlə "Azəriqaz " rəhbərliyinə müraciət etməyimizə baxmayaraq, görünür, Nəsimi QİS-in himayədarları edilən şikayətləri müxtəlif yollarla qapatmağa nail olublar. Əgər belə olmasaydı, 30 ilin təcrübəli işçiləri bir kənarda qaldığı halda, cəmi 1-2 ildir «Azəriqaz»da işə düzəlmiş şəxslərə fəxri fərman və mükafatların verilməsi, eyni zamanda, idarədə olan qanuni kvota ilə işləyən Qarabağ əlillərindən fərqli olaraq, yüngul işlərə kimlərinsə tanışının gətirilməsi xoşagəlməz hallar cavabsız qalmazdı».

Qarabağ əlili olan şikayətçi yazır ki, son vaxtlar ARDNŞ gedən islahatlar da yerli müdiriyyətin əlinə daha bir şans verib: «İdarə müdiriyyəti şirkətdə gedən islahatları bəhanə edərək, qanunsuz əməllərinə göz yummayan Qarabağ əlillərini də işdən çıxarmaq üçün hər vasitəyə əl atmağa başlayıb. Hal-hazırda idarədə gedən ixtisar adlı oyuna ilk növbədə Qarabağ müharibəsi əlillərinin adı daxil edilib. Düzdür, Əmək məcəlləsinin 78.2 və 79-cu maddəsində müharibə veteran və əlilləri ixtisara düşməyənlər siyahısında olsa da, idarə rəhbərliyi bilərəkdən siyahı və sənədləri yuxarı təşkilatlardan gizlədərək, onları da ixtisara salınanlara əlavə edibdir. Bundan əlavə, idarə rəhbərliyi «Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 25 və 29 maddələrini kobudcasına pozaraq, təkcə elə son 1 ildə əlillərə uyğun iş yerlərinə kənardan öz adamlarını gətirib».

Sonda bu və ya digər qanunsuzluqları "Azəriqaz” rəhbərliyinin bildiyi halda, ölçü göturmədiklərini yazan Əhməd Rəhmanov Zakir Qaralovla Rövnəq Abdullayevdən Nəsimi QİS-də qanun-qaydanın yaradılmasını xahiş edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA