Nazim İmanovdan yeni xəbər

img

26-05-2014 [11:23]


AMEA İqtisadiyyat İnstitutunda ABŞ-ın Cons Hopkins Universitetininnəzdindəki Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Frederik Starr ilə görüş keçirilib. Görüşdə institutun alimləri ilə yanaşı, Qafqazın Strateji Tədqiqatları İnstitutunun direktoru Eldar İsmayılov da iştirak edib.

İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanovinstitutda aparılan elmi-tədqiqat işlər və gələcəkdə həyata keçiriləcək layihələr, barədə məlumat verib.

Görüşdə Şərq-Qərb ticarət dəhlizinin tam gücü ilə hərəkətə gətirilməsində Azərbaycanın öz potensialından effektiv istifadəsi üçün yaxın və ortamüddətli perspektivdə reallaşdırıla biləcək elmi problemlərin müəyyən edilməsinin vacibliyi də vurğulanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA