General hakim qarşısına çıxarıldı - Nəcməddin Sadıkovun bacısı oğlu "işgəncə halları var idi" dedi
02-08-2023 [20:27]
“Tərtər işi” üzrə ittiham olunan 4 nəfər- Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Mia.az xəbər verir ki, Sumqayıt Məhkəmə Kompleksində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən budəfəki prosesdə Azərbaycan ordusunun sabiq Baş qərargah rəisi Nəcməddin Sadıkovun bacısı oğlu, general-mayor Ramil Əsgərov şahid qismində dindirilib.
R.Əsgərov Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi olub. O, 2020-ci ildə-Vətən müharibəsi başa çatdıqdan sonra vəzifəsindən azad edilib.
General ifadəsində deyib ki, 2017-ci il mayın 7-də rəhbərliyin müvafiq göstərişi ilə Tərtərə gedib, həmin vaxt orada bir sıra hərbçilərə işgəncə verildiyinin şahidi olub: “Mənə göstəriş verilmişdi ki, istintaqa kömək məqsədilə Tərtərə gedim. Bunun da əsas səbəbi rəhbərlik etdiyim idarədə təcrübəli təhqiqatçıların çalışması idi. Orada olduğum müddətdə hərbçilərə qarşı qanunsuz hərəkətlərin şahidi oldum. Məsələn, dindirməyə gətirilənlər əlləri, gözləri bağlı vəziyyətdə saxlanılırdı, pəncərədən atılma halları və sairə.”
Zərərçəkmiş şəxsləri və vəkilləri maraqlandıran əsas məsələ isə generalın hərbçilərə qarşı qanunsuzluqlara müdaxilə edib-etməməsi olub: “Mən orada bəlkə də 10-cu adam idim. Ona görə də kiməsə nə isə deməyimin mənası yox idi...”
Daha sonra vəkillər R.Əsgərova “Bəs sizdən Nəcməddin Sadıkovun bacısı oğlu olduğunuza görə çəkinmirdilər?” sualını ünvanlayıb. O isə “çəkinirdilər” deyə cavab verib.
Qeyd edək ki, 2017-ci ildə bir qrup azərbaycanlı hərbçi Ermənistan xüsusi xidmət orqanlarına casusluq etməsi şübhəsi ilə Azərbaycan hüquq-mühafizə orqanları və ordunun vəzifəli şəxslərinin göstərişləri ilə Tərtər və ətraf ərazilərdə işgəncələrə məruz qalıb. Həmin şəxslərin ailələri və cəmiyyətin ictimai basqısından sonra “Tərtər işi”nin istintaqı 2021-ci ildə təzələnib. Məlum olub ki, vətənə xəyanətdə ittiham olunan şəxslərin çoxu məsumdur və onların əksəriyyəti bəraət alıb. Bir neçəsinə ölümündən sonra bəraət verilib. /Qafqazinfo
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi