YAP Şirvan şəhər təşkilatının 30 illik yubileyi qeyd olunub - FOTOLAR
02-08-2023 [09:44]
Şirvan şəhərində Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova, Milli Məclisin deputatı Musa Quliyev, YAP Mərkəzi Aparatın məsul əməkdaşı Əli Axundov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ərazi partiya təşkilatı sədrləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Sonra tədbir iştirakçıları Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Ulu öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlarla tanış olublar. YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrindən söz açaraq, YAP Şirvan şəhər təşkilatının təsis edilməsindən danışıb. Tədbirdə Şirvan Şəhər Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivi konsert proqramı ilə çıxış edib.
YAP Şirvan şəhər təşkilatının 30 illik yubileyinə həsr olunmuş tədbir Şirvan Şəhər Mədəniyyət Mərkəzində davam edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra YAP Şirvan şəhər təşkilatının 30 illik fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov YAP Şirvan şəhər təşkilatının 30 illik fəaliyyəti haqqında məlumat verərək, tarixi zərurətdən yaranmış, zamanın bütün sınaqlarından üzü ağ çıxmış Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində keçdiyi mənalı və şərəfli yolundan ətraflı danışıb. Z.Qəhrəmanov YAP Şirvan şəhər təşkilatının yaranma tarixindən, mövcud vəziyyətindən, partiyanın VII Qurultayından irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsindən geniş bəhs edərək, tədbir iştirakçılarını yubiley münasibətilə təbrik edib və onlara gələcək siyasi fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov vurğulayıb ki, Ulu öndərin yüksək nüfuzu, xalqın ona böyük inamı, etimadı və davamlı dəstəyi Yeni Azərbaycan Partiyasının ardıcıl uğurlar qazanmasını təmin edən əsas amil oldu. Bildirib ki, YAP Azərbaycan cəmiyyətinin siyasi, iqtisadi, sosial, həmçinin ictimai-siyasi həyatında həlledici rol oynayır. Qələbələr partiyası olan YAP zəngin və şərəfli inkişaf yoluna malikdir. İlqar Abbasov Yeni Azərbaycan Partiyasının və müstəqil Azərbaycanın memarı olan Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından, bu gün Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlardan, əldə olunan naliyyətlərindən geniş bəhs edərək, tədbir iştirakçılarını YAP Şirvan şəhər təşkilatının yaranmasının 30 illik yubileyi münasibətilə təbrik edib.
Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qonaqlara 44 günlük Vətən müharibəsində qazanılan qələbənin şərəfinə Şirvan şəhərində ucaldılmış “Zəfər abidəsi”nin xatirə hədiyyəsini təqdim edib.
YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək bildirib ki, 30 il böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyası xalqın mənafelərinə xidmət etmək, ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası xalqımızın çox çətin duruma düşdüyü vaxtda, nicat yolunu Ulu öndər Heydər Əliyevdə görən ziyalılarımızın əvəzedilməz lider Heydər Əliyevə müraciəti əsasında qısa müddət ərzində monolit olmaqla öz sıralarını sağlam əqidəli üzvlərlə genişləndirərək ümumxalq partiyasına, uğur və zəfər partiyasına çevrilib.
Sonra Milli Məclisin deputatı Musa Quliyev çıxış edərək qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaradılması Ulu öndərin Azərbaycan xalqına verdiyi ən böyük töhfələrdən biridir və partiyanın siyasi səhnəyə çıxması hər bir azərbaycanlının özünə güvənini qaytarıb. Bildirib ki, xalqımız öz gələcəyinə inamla baxmağa başladı, onu irəliyə aparan, böyük məqsədlər naminə səfərbər edə bilən siyasi təşkilata və onun elan etdiyi azərbaycançılıq ideologiyasına ürəkdən bağlandı, bu ideologiyanın Azərbaycanı nicat yoluna çıxara biləcək yeganə siyasi yol olduğunu qəbul etdi. Yeni Azərbaycan Partiyasının yaradılmasından bir neçə ay sonra xalqın təkidli tələbi ilə Ulu öndər ali hakimiyyətə qayıtdı. Musa Quliyev Yeni Azərbaycan Partiyası gənclərinin Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi sıx birləşərək Azərbaycanın tarixi Zəfərinin qazanılmasında mühüm rol oynadığını bildirib.
Daha sonra YAP Mərkəzi Aparatın məsul əməkdaşı Əli Axundov, şəhid atası Alim Zülfüqarov, müharibə veteranı Elvin Abbasov, partiya veteranlarından Mehriban Əliyeva, gənc partiya üzvü Nuranə İsmiyeva çıxış edərək, Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanımızın dünəninə, bu gününə və gələcəyinə xidmət edən alternativsiz bir partiya olduğundan, ölkəmizin hər bir uğuruna töhfəsindən, partiyanın keçdiyi şərəfli yoldan bəhs edərək, öz siyasi həmfikirlərini təbrik edib, onlara uğurlar arzulayıblar.
Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri təqdim edilib, yüksək siyasi fəallığı ilə seçilən bir qrup partiya üzvü Fəxri Fərmanlarla təltif olunub.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi