“Taxıl sazişi”, "Vaqner" təhdidi, nüvə silahından istifadə... : Putinin payız hazırlığı nəyə hesablanıb?
01-08-2023 [17:06]
Rusiya Prezidenti Vladimir Putin payıza ciddi şəkildə hazırlaşır. Məsələ ondadır ki, yay ayları Rusiya-Ukrayna müharibəsi üçün kifayət qədər ciddi döyüşlər, qarşılıqlı hücumlar və siyasi gərginliklə müşahidə olundu.
Qərb cəbhəsində isə vəziyyət dəyişir. Müharibənin uzanması sonlandırılmasını tələb edənlərin sayını da xeyli artırıb. Bəzi ölkələr Ukraynanın əks-hücum əməliyyatlarından istənilən nəticəni qazana bilmədiyini əsas gətirərək müharibənin bitməsi istiqamətində konkret çağırışlar edir. Bununla belə müharibənin Rusiyanın məğlubiyyətinə kimi davam etməsini istəyənlər də var.
Müharibənin uzanması, Ukraynanın əks-hücum əməliyyatlarının istənilən nəticəni verməməsi və ən əsas, Qərb ölkələrinin müharibənin bitməsi istiqamətində çağırışlar etməsi payız aylarında tərəflərin danışıqlar masasına qayıtması ehtimallarını yüksəldir. Prinsip etibarilə Rusiya tərəfi də müzakirələrə hazır olduğunu bildirir.
Ümumiyyətlə rəsmi Moskva Ukrayna müharibəsindən istədiyini əldə edə bilməyib. Yəni sülh Ukrayna qədər Rusiyaya da gərəkdir. Lakin Rusiya klassik taktikasından əl çəkməyərək payızdakı ehtimal danışıqlara üstün getmək istəyir.
Birincisi, Rusiya rəhbərliyi Qərbdə artan sülh çağırışlarını diqqətlə izləyir və ona uyğun addımlar atır. Kreml sülh istədiyini desə də, müharibəyə davam edə biləcəyi mesajını da verir. Bununla o, Qərbin sülh çağırışlarını daha da radikallaşdırmaq, hətta bu istiqamətdə Ukraynaya təzyiq edilməsini istəyir.
İkincisi, Rusiya nüvə silahından istifadəni leqallaşdırır. Son günlər Rusiya rəsmilərinin dilindən yenidən nüvə silahından istifadəyə dair açıqlamalar səslənir. Xüsusilə bu açıqlamalar ilə paralel Ukraynaya məxsus olduğu deyilən dronların Moskvaya ardıcıl zərbələr endirməsi diqqət çəkir.
Məsələ ondadır ki, bir nüvə ölkəsi paytaxtına təhdid olarsa, ölkə işğala məruz qalar, ya da ərazinin bir qismi işğal edilərsə bu silahdan istifadə edə bilər. Moskvaya endirilən dron hücumları fonunda Rusiya bunu əsas gətirib taktiki nüvə silahından istifadə edə biləcəyi mesajını verir. Bu həm də Kremlin ABŞ və Qərbə Ukraynanı danışıqlar masasına qaytarması üçün xəbərdarlıqdır.
Rusiya Ukraynada taktiki nüvə silahından istifadə etsə bu tendensiya yayıla və digər ölkələr də buna əl ata bilər. Bu isə Vaşinqtonun arzulamadığı bir ssenaridir.
Üçüncüsü, Kremlin Polşa cəbhəsi açmaq planı da diqqət çəkir. ABŞ Rusiya-Ukrayna müharibəsinin davam etməsində maraqlı olsa da müharibənin miqyasının genişlənməsi və digər regionlara, ölkələrə sıçramasını istəmir.
Bunu yaxşı bilən Kreml Finlandiya, İsveç, Baltikyanı ölkələr və Polşanın timsalında yeni cəbhə aça biləcəyi təəssüratı yaradır. Düzdür, qeyd edilən ölkələrin əksəriyyəti NATO ölkəsidir və Rusiya NATO ilə birbaşa qarşıdurma aparacaq gücdə deyil. Lakin Kreml həmin ölkələrdən biri ilə proksi müharibə apara bilər.
Misal üçün, ehtimal hədəf Polşadır. Rəsmi Moskva bir müddət öncə baş verən saxta "Vaqner" qiyamı və ya "Vaqner" şousu sonrası bu hərbi birliklə bütün əlaqələrini kəsdiyini və Afrika ölkələri, həmçinin Belarusa köçürüləcəyini açıqladı. "Vaqner" hazırda Belarusda məskunlaşır və sayı gündən-günə artır. Bundan narahat olan Polşa tərəfi isə Belarusla sərhədə hərbi texnika yığır.
Rəsmi Varşava Kremlin nə etdiyinin fərqindədir. Bu, Kremlin “Vaqner” üzərindən Polşa ilə müharibə aparmaq ssenarisidir. Əgər bu baş verərsə, Ukraynadan sonra növbəti cəbhə Polşada açılacaq. Yəni ABŞ-ın çəkindiyi müharibənin digər ölkələrə keçmək riski gerçəkləşəcək.
Kreml hələlik bu planı aktivləşdirməyib və buna görə də payızda gözlənilən danışıqlar öncəsi əlini gücləndirmək üçün ehtiyatda saxlayır.
Dördüncüsü, “Taxıl sazişi” və Ankara ilə təmaslar. Rusiya bir müddət öncə rəsmi olaraq “Taxıl sazişi”ndən çıxdığını açıqladı. Ankaranın müraciətlərinə baxmayaraq hələlik Kreml sazişə qayıtmaq ilə bağlı müsbət nəsə deməyib. Bu məsələnin avqustda baş tutması ehtimal Ərdoğan-Putin görüşü və ya telefon danışığı zamanı müzakirə ediləcəyi gözlənilir.
Kreml yaxşı başa düşür ki, “Taxıl sazişi”ndən çıxmaq dünya miqyasında növbəti taxıl böhranın başlaması deməkdir. Rusiya bundan öncəki böhranın nə ilə nəticələndiyini test edib. Buna görə “Taxıl sazişi”ndən çıxmaq payızdakı ehtimal sülh danışıqları zamanı Kremlin əsas təzyiq kartlarından olacaq.
Nəticə etibarilə payızda Rusiya ilə Ukrayna arasında danışıqlar baş tutsun, ya da tutmasın, Kreml buna ciddi hazırlaşır.
Rusiya ilə Ukrayna arasında danışıqlar isə böyük ehtimalla Türkiyədə baş olacaq. Ankara, İstanbul və ya Antalya görüşün keçirilə biləcəyi şəhərlər ola bilər.
Turan Rzayev,
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi