Ramil Usubov hərəkətə keçdi - İdarə rəisi zəng edib

img

26-05-2014 [00:46]


Hüquq müdafiəçisi Vidadi İsgəndərliyə qarşı təhdidləri daxili işlər naziri Ramil Usubov öz nəzarətinə götürüb. Bu barədə məlumatı  Vidadi İsgəndərli verib. 

"Bu gün DİN-in Təhlukəsizlik İdarəsinin rəisi mənə zəng vuraraq bildirdi ki, nazir Ramil Usubovun göstərişinə əsasən mənə qarşı sui-qəsd, terrorla hədələmə, FB-də söyüş və təhqir barədə bütün materiallar Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində araşdırılacaq və şəxsən nazir tərəfindən bu iş nəzarətə götürülüb. 

Əlavə olaraq onu da bildirdi ki, ailəmin və özümün təhlükəsizliyim baradə bütün müvafiq strukturlara göstəriş verilib. Bu arada müəyyən olunub ki,məni terrorla hədələyən Emil Məmmədov barəsində Göyçay rayon İcra Hakimiyyəti başçısının müdaxiləsindən sonra qanunsuz olaraq çinayət işinin başlanması rədd edilib. DİN-in göstərişinə əsasən həmin material da Göyşay polisindən nazirliyə göndərilməsi tələb olunub. Nəhayət, deyəsən buz əriməyə başlayır. Mənə qarşı terroror cəhdi ilə baqllı ABŞ səfirliyindən sonra Avropa Birliyinin, BMT-nin Bakı ofisinin nümayəndəsi və Avropa ölkələrinin səfirlikləri ilə 3-4 günə görüş olacaq. Görüşdə həm də siyasi və vicdan məhbusları barədə fikirlərim  olacaq. Nəticəsindən asılı olaraq bunun müsbət və yaxud mənfi tərəfləri qiymətləndiriləcək".

Moderator.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA