Şirvan Şəhər İcra Hakimiyyətində son 6 ayda görülən işlər və qarşıda duran məsələlər müzakirə olundu - FOTOLAR
01-08-2023 [13:41]
Şirvan Şəhər İcra Hakimiyyətində şəhərdə 6 ayda görülmüş işlər və qarşıda duran məsələlər müzakirə olunub.
Mia.az xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətində keçirilən iclasda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə çıxışının mühüm məqamlarından danışıb. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlərin görüldüyünü, su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, nümunəvi məhəllələrin, yaşıllıqların salınması işlərinin davam etdirildiyini qeyd edərək, Şirvan şəhərinin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf konsepiyası barədə məlumat verib. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası Şirvan şəhərinin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcının qoyulmasında, şəhərin daha da müasirləşməsində, kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin artırılmasında əhəmiyyətli rol oynayacağını bildirib. İlqar Abbasov qeyd edib ki, ölkədə aparılan uğurlu islahatlar şəhərimizin iqtisadiyyatında da əsaslı keyfiyyət dəyişikliklərinə səbəb olmuş, dinamik iqtisadi inkişaf təmin edilmişdir. Belə ki, 2023-cü ilin 6 ayı ərzində ümumi məhsul buraxılışı 360 milyon 604,7 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çoxdur. Ümumi məhsul buraxılışında xüsusi çəkiyə malik olan sənaye sahələrində məhsul istehsalı və xidmətlərin göstərilməsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 255 milyon 843,5 min manat olmuşdur. Hesabat dövründə sənaye sahələrində istehsal olunmuş məhsulun, göstərilmiş xidmətlərin 57,0 faizi və ya 145 milyon 744.8 min manatı dövlət, 43,0 faizi və ya 110 milyon 98,7 min manatı isə qeyri-dövlət müəssisə və təşkilatları tərəfindən yerinə yetirilmişdir. Şirvan şəhərində hər işçiyə hesablanmış orta aylıq əmək haqqının 770,9 manat təşkil etdiyini, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14.4 faiz artdığını, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsu ilə “Bizim həyət” layihəsi çərçivəsində üçüncü həyətin müasir memarlıq üslubunda abadlaşdırıldığını, küçə və prospektin işıqlandırıldığını vurğulayıb.
Hər ayın sonuncu həftəsinin cümə axşamı aidiyyəti qurumların nümayəndələri ilə Şirvan Şəhidlər Xiyabanında şəhid məzarlarının ziyarət edildiyini, “Şəhid Anası” memorial abidə kompleksinin önündə şəhid ailələri ilə görüşlərin keçirildiyini, onların qayğıları ilə maraqlandığını, Vətən müharibəsi şəhidlərinin xatirəsinin daim əziz tutulduğunu, adlarının əbədiləşdirildiyini, şəhərin mərkəzində quraşdırılmış müasir tipli monitorda Şirvan şəhidlərinin fotoları, avtobioqrafiyaları, döyüş yolu və xidmətləri barədə məlumatların mütəmadi təbliğ edildiyini qeyd edib. Ötən dövr ərzində şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 24 səyyar qəbul-görüşdə 2451 nəfərin iştirak etdiyini, vətəndaşlar tərəfindən qaldırılan müxtəlif təklif və problemlərin həll edildiyini bildirib.
Hesabat dövründə Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 9 mövzuda müxtəlif tədbir, toplantı və görüşün, Ulu öndərin adını daşıyan meydanlarda, parklarda mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə 4 mədəni-kütləvi tədbirin təşkil edildiyini, Ümummilli liderin anadan olmasının 100 illiyi ilə əlaqədar müxtəlif sərgilər, konsert proqramları və ağacəkmə aksiyalarının keçirildiyini bildirib.
Sonra müzakirələrdə çıxış edən şəhər İcra Hakimiyyəti başçısının müavinləri Məharət Mustafayev, Aynur Fərzəliyeva və digərləri bu ilin birinci yarısında şəhərdə sosial-iqtisadi, ictimai-siyasi sahədə görülmüş işlərdən danışaraq, mövcud problemlərin həlli ilə bağlı təkliflərini bildiriblər.
Şəhərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin, həyata keçirilən infrastruktur layihələrin şirvanlılar tərəfindən rəğbətlə qarşılandığını qeyd ediblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi