25 yaşlı aktyor evində ölü tapılıb

img

01-08-2023 [11:56]


ABŞ-ın  HBO kanalında yayımlanan “Euphoria” serialında “Fez” obrazını canlandıran aktyor Anqus Klud evində ölü tapılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə onun ailəsi açıqlama verib.

Kaliforniyanın Oklend şəhərindəki yaşayan ailəsi bildirib ki, 25 yaşlı Klud bu dünya ilə vidalaşıb: "Bu gün möhtəşəm insanı itirdik...".

Ailə qeyd edib ki, Klud ötən həftə vəfat edən atasından sonra ppsixoloji olaraq çox gərgin olub.

Aktyorun öıüm səbəbi açıqlanmayıb.

Xatırladaq ki, aktyor məşhur serialda narkotik alverçisi obrazını canlandırıb. 

Serialın rejissor heyətidən verilən məlumata görə, Anqus möhtəşəm insan və aktyor olub: "Gənc olmasına baxmayaraq, o, çox peşəkar aktyor idi. O, bizim ailəsinin sevimli üzvü idi. Təəssüf ki, tez itirdik...".

Ləman

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR