Baş həkim ikinci qrup əlilə bədən xəsarəti yetirib - nazirə şikayət

img

25-05-2014 [22:59]


Azərbaycanda daha bir baş həkimin özbaşınalığıdan şikayət var.

Xaçmaz rayonunun baş həkimi Bəhram Şahverdiyev bir qrup şəxslə ikinci qrup əlil Niyaz Mehrəliyevi amansızcasına döyüb.

Bu barədə Niyaz Mehrəliyev özü məlumat verib. N.Mehrəliyev bildirir ki, uzun illərdir "epileptik nevroz beyin mərkəzi xəstəliyi”ndən əziyyət çəkir: "Azərbaycanda dövlətin diqqəti gənclərin sağlamlığına yönəldiyi bir vaxtda Səhiyyə Nazirliyi bunun tam əksini edir. Mən vətən üçün övlad - əsgər böyüdürəm. İkinci qrup əliləm. 47 yaşım var, cəmi 44 manat təqaüd alıram. Xəstəliyimə müvafiq olaraq, dispanserdə qeydiyyatdayam. Məni xəstəliyimə görə, dərmanla təmin etmirlər. Dövlətin mənə verdiyi hüququmu tələb edəndə Xaçmazın baş həkimi Bəhram Şahverdiyev məni vəhşicəsinə döydürdü. Ondan sonra sağlamlığımda daha da ciddi fəsadlar yaranıb”.

N.Mehrəliyev heç yerdə şikayətinə baxılmadığını xüsusi qeyd edir: "Mən lazım olan yerlərə şikayət etmişəm, amma heç bir nəticəsi olmayıb. Məcburam beynəlxalq səviyyədə Azərbaycanla düşmən mövqeyində dayanan dövlətlərdən və təşkilatlardan yardım istəyim. Sizin vasitənizlə ölkə başçısından yardım istəyirəm. Mənim naləmi eşidib, Xaçmazda Bəhram Şahverdiyevin qanunsuz əməllərinə son qoyulmasına göstəriş versin”.


gundeminfo.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA