Bakı ilə Qarabağ ermənilərinin dialoqu: görüş yeri seçilib? - TƏHLİL
31-07-2023 [14:28]
Keçmiş erməni deputat Arman Babacanyan bildirib ki, yaxın günlərdə Bakı ilə Qarabağdakı ermənilər arasında dialoq baş tuta bilər.
O, görüşün Avropa ölkələrindən birində keçirilə biləcəyini söyləyib: "Mümkün məkan kimi Bolqarıstan seçilsin".
Həmçinin prosesə ABŞ-ın vasitəçilik edəcəyini vurğulayıb.
Laçın postu ətrafında son günlər yaradılmış süni gərginlik fonunda həm erməni rəsmilər, həm media, həm də ekspertlər Bakı ilə Qarabağdakı ermənilər arasında dialoqun baş tuta biləcəyinə dair iddiaları tirajlayır. Bu mənada Arman Babacanyan indiki məqamda bu iddianı səsləndirməsi təəccüblü deyil.
Diqaqətçəkən məqam mümkün məkan kimi Bolqarıstanın adının qeyd edilməsi və prosesə ABŞ-ın vasitəçilik edəcəyini vurğulanmasıdır.
Bakı ilə Qarabağdakı ermənilər arasında dialoq baş tuta bilər. Prinsip etibarı ilə Azərbaycan buna qarşı deyil. Qarabağ erməniləri ilə ilk danışıq 2023-cü il martın 1-də Xocalı şəhərində baş tutdu. Azərbaycan tərəfdən bu missiya Milli Məclisin deputatı Ramin Məmmədova həvalə edilmişdi. Görüş Rusiya sülhməramlı kontingentinin Xocalıdakı qərargahında keçirildi. Lakin növbəti görüşün Bolqarıstan və ya hansısa bir digər ölkədə keçirilməsi mümkün deyil.
Rəsmi Bakı Qarabağdakı ermənilər ilə dialoqda maraqlı olsa da, bunu daxili məsələsi hesab edir. Azərbaycanın indiki məqamda daxili məsələsi hesab etdiyi mövzunu başqa bir ölkədə keçiriləcək görüşdə müzakirə etməsi məsələni daxili məsələmiz olmaqdan çıxarır.
Xüsusilə qeyd etmək lazımdır ki, ilk danışıq Xocalıda, yəni Azərbaycan şəhərində baş tutmuşdu. Rəsmi Bakı bu addım ilə dialoqda maraqlı olduğunu göstərdi. Lakin bu o demək deyil ki, dialoq yalnız ermənilərin şərtləri və istəkləri əsasında baş tutacaq.
Azərbaycan Respublikası Prezident Administrasiyası Qarabağ ermənilərini danışıq üçün bir neçə dəfə Bakıya dəvət etsə də onlar bundan imtina edib. Nəticə etibarilə dialoq çərçivəsində növbəti görüş yalnız və yalnız Azərbaycan şəhərlərindən birində baş tuta bilər.
İkinci bir ölkədə dialoq adı altında görüşün keçirilməsi mümkün deyil. Bu, rəsmi Bakının Xankəndini özü ilə bərabər səviyyədə tanıması və dövlət statusunu qəbul etməsi deməkdir.
O ki qaldı prosesə ABŞ-ın vasitəçilik etməsinə, bu da real deyil. Ümumiyyətlə ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda bir sıra görüşlər keçirilib. Kifayət qədər uğurlu və konstruktiv hesab edilə biləcək bu görüşlərdə rəsmi Bakı da iştirak etməkdə maraqlıdır. Lakin unudulmamalıdır ki, ABŞ vasitəçiliyi ilə keçirilən görüşlərdə əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanmasıdır. Bunun xaricində Vaşinqtonun Qarabağ erməniləri ilə Bakını başqa bir ölkədə masa arxasında əyləşdimək mandatı yoxdur.
ABŞ yaxşı bilir ki, bu, Azərbaycanın daxili məsələlərinə müdaxilədir və belə bir adım Bakı ilə münasibətləri korlaya bilər.
ABŞ-ın dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışığında “Laçın yolundan tranzitin açılmasına ehtiyac olduğunu və humanitar yükləri Qarabağdakı əhaliyə çatdırmaq üçün alternativ marşrutlar üzrə razılaşmaların zəruriliyini” vurğulaması da Vaşinqtonun prosesə neytral və ehtiyatlı yanaşdığını göstərir.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi