Həbs edilən bankir Poçt Filialının müdiri çıxdı – Cinayət (ÖZƏL)

img

25-05-2014 [17:28]


 Bir neçə gün əvvəl "Kapital Bank” ASC-nin Kürdəmir filialının vəzifəli şəxsləri haqqında cinayət işi açılması haqda yayılan məlumatlarla bağlı Mia.az-a çox maraqlı məlumat daxil olub.

 Mia.az xəbər verir ki, Baş Prokurorluğun rəsmi məlumatında adı "Kapital Bank” ASC-nin Kürdəmir filialının müdiri kimi göstərilən Əlimövsüm Ağayev, əslində, bank rəhbərliyi tərəfindən 2012-ci ildə həmin vəzifədən qanunsuz əməllərinə görə azad edilibmiş. Və məsələnin ən maraqlı tərəfi isə odur ki, çox qısa müddət sonra bu korrupsioner filial müdirinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yüksək vəzifə verib.

 Mia.az xəbər verir ki, Ə.Ağayevin Kürdəmir rayon Poçt Fillialının rəisi təyin olunması anlaşılan deyil. Ən azı ona görə ki, Əlimövsüm Ağayevin bank filialının müdiri olarkən, haqqında rayondakı bir sıra müəssisələrlə, o cümlədən «Beko» firması ilə əlbir olaraq, camaatı necə kredit bataqlığına saldığı haqda dövrü mətbuatda da xeyli məqalələr çıxıb. Bundan əlavə, Əlimövsüm Ağayevin barəsində Respublika Prokurorluğuna və Korrupsiya Qarşı Mübarizə İdarəsinə kredit fırıldaqları ilə üzləşmiş insanların şikayəti ilə yanaşı, bank rəhbərliyinin müraciəti əsasında cinyaət işi açılıbmış: "Təəssüf ki, belə adamı böyük bir rayona filial müdiri təyin etməklə, nazirliyin imicinə çox ağır zərbə vurmuş oldular. Yenə sağ olsun Baş Prokurorluğu ki, gec də olsa, xəbəri olmayan insanların adına kredit hesabı açmaqla, çoxsaylı qanun pozuntularına yol verən poçt filialının müdiri haqda sərt qərar verdi. Yəqin ki, nazir Əli Abbasov da «Azərpoçt» MMC-nin rəhbərliyi ilə bu məsəsləni dəqiqləşdirib, cavabdeh şəxslərlə bağlı sərt qərarını verəcəkdir!".

 Mia.az son olaraq qeyd edir ki, bir neçə gün əvəl Baş Prokurorluğun mətbuat xidmətindən Ə.Ağayein həbs olunması ilə bağlı rəsmi məlumat yayılıb.

 Məlumatda bildirilir ki, "Kapital Bank” ASC-nin Kürdəmir filialının vəzifəli şəxslərinin qanunsuzluqlara yol vermələri barədə həmin cəmiyyətdən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

 

Araşdırmalar zamanı filialın müdiri Əlimövsüm Ağayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bankın vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub, vətəndaşların şəxsiyyət vəsiqələrindən istifadə etməklə saxta müqavilələr tərtib edib cəmiyyətə məxsus 70 min 534 manat məbləğində pulu mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan, fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə istintaq davam etdirilir.


MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA