Sabir Rüstəmxanlı və Aqil Ələsgər Qazaxstan televiziyasına müsahibə verdilər

img

25-05-2014 [13:30]


Azərbaycan nümayəndə heyəti Qazaxstan mediası ilə görüşdü Qazaxıstanın Çimkənd şəhərində Türkdilli ölkələrin Turan Qurultayı davam edir. 

Bu qurultayda Azərbaycandan da böyük nümayəndə heyəti ilə iştirak edir. Qurultayda Azərbaycandan millət vəkili Sabir Rüstəmxanlı, Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, "Yenicag.az" İnternet Qəzetinin baş redaktoru və Avrasiya Qəzetçilər Dərnəyi Qafqaz təmdilçisi Aqil Ələsgər, Azərbaycan Türkiyə Evi Birliyinin sədr müavini Cahandar Bayoğlu, ATXƏM təmsilçisi, şair İlqar İlkin, "Yeni Nəfəs" Gənclər Hərəkatı sədri Seymur Həsənli, tanınmış jurnalist Tamilla Qulami və digərləri qurultayda iştirak edirlər. Bu gün nümayəndə heyətinin rəhbəri millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı və Aqil Ələsgər bu gün Qazaxstan Dövlət Televiziyasına müsahibə veriblər. Televiziyaya cıxışı zamanı millət vəkili,xalq şairi Sabir Rüstəmxanlı ortaq türkcə məsələsi və Turan birliyi ilə bağlı çıxış edib. Aqil Ələsgər isə müsahibəsində Qazaxstanın Azərbaycan üçün mühüm qardaş ölkə olmasını həmçinin repressiya illərində yüzminlərlə azərbaycanlının Stalinin əmri ilə Qazaxıstana köçrüldüyünü önə çəkib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA