Sumqayıtda əməliyyat: 15 il əvvəlki qətlin şübhəlisi və narkotik satanlar saxlanıldı - Aralarında ər-arvad da var
28-07-2023 [09:16]
Sumqayıtda 15 il əvvəl baş verən qətl hadisəsini törədən və narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyatlar keçirilib.
Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri silsilə tədbirlər zamanı əvvəllər məhkum olunmuş Rəvail Məmmədov, tanışı Fuad İsmayılov, Ramin İbrahimov, Xaliq Məmmədzadə, Corat qəsəbəsində narkotiklərin satışını təşkil edən Ceyhun Məmmədov və həyat yoldaşı Könül Babayeva saxlanılıblar.
Bu şəxslərdən ümumilikdə 16 kiloqram narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran İslam Respublikasının vətəndaşlarından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyatlar zamanı isə narkotik tərkibli bitkilərin kultivasini ilə məşğul olan Corat qəsəbəsi sakinləri Kamal Əliyev və Azad Mansurov da saxlanılıb. Onlardan yaş halda çəkisi 52 kiloqram olan 174 ədəd çətənə kolu aşkar olunub.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat nəticəsində əvvəlki illərdən bağlı qalan qəsdən adamöldürmə cinayətinin də üstü açılıb.
Belə ki, 2008-ci ilin oktyabr ayının 28-də Sumqayıt şəhər sakini Tünzalə Kərimovanın qəsdən öldürülməsi faktına görə başlanmış cinayət işi üzrə İdarə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Ərəstun Zülfüqarov da tutularaq istintaqa təhvil verilib.
Saxlanılarkən ondan bir ədəd “Baykal” markalı tapança, həmin silaha aid 176 ədəd patron və narkotik vasitə heroin aşkar olunaraq götürülüb.
İdarə əməkdaşlarının son 25 gündə həyata keçirdikləri əməliyyatlar zamanı şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 62 nəfər saxlanılıb. Həmçinin, Sumqayıt şəhərində “Xaş-Xaş 2023” şərti adı altında keçirilən əməliyyatlarla yaş kütləsi 78 kiloqram olan 257 ədəd kultivasiya olunmuş çətənə kolu aşkar olunaraq götürülüb.
Qeyd edək ki, cari ilin əvvəlindən Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində 40 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi