Qazilər Gömrük Komitəsinin qarşısında aksiya keçirir-Özəl

img

24-05-2014 [21:20]




Bu gün bir qrup Qarabağ qazisi Dövlət Gömrük Komitəsinin binası qarşısında etiraz aksiyası keçirib. Bu barədə MİA-ya qazilərdən biri Namiq Məmmədov məlumat verib.

N.Məmmədov deyir ki, Qarabağ döyüşçüləri və qazilərinin yartdığı firmanın malı gömrük məntəqəsindən qeyri-qanuni olaraq saxlanılıb ölkəyə gətirilməsinə icazə verilmir: «Biz bir qrur Qarabağ əlili, döyüşçülər bir araya gələrək firma yaratmışıq- «Döyüşçülər biznes» firması. Bütün sənədləri yığmışıq, rəsmi firma qeydiyyatdan keçirmişik. Bu firma vasitəsiylə Gürcüstandan 24 portoğal gətiririk. Gürcüstan gömrüyündən keçmişik, amma bizim gömrükçülər buraxmırlar. Deyirlər ki, bütün sənədləriniz qaydasındadır, amma buraxa bilmərik. Onu bildirirlər ki, «Naxçıvaq Qrup» şirkəti var, portağalı yalnız onların vasitəsiylə gətirə bilərsiniz. Onlar da monopolistlərdir, əgər onların vasitəsiylə gətirsək, gərək hər tona iki yüz dollar əlavə pul verək. Biz isə bunu vermək imkanında deyilik. Bir də ki, əgər hər şey qanunidirsə, nəyə görə kiməsə pul verməliyik?. İndii Qırmızı Körpü Gömrük Məntəqəsindən deyirlər ki, Komitədən icazə versinlər malı buraxaq».

Hahırda Komitənin qarşısında olduqlarını, amma heç bir qurum yetkilisi tərəfindən qəbul edilmədiklərini deyən N.Məmmədov bildirib ki, DGK-nin rəhbərliyindən kiminləsə danışmasalar, heç yerə getməyəcəkər. «Günortadan komitənin qarşısındayıq, heç kim bizi qəbul eləmir. Deyirlər ki, bu gün iş yoxdur. Amma gecə səhərə kimi burda oturacağıq, binadan heç kimi çölə çıxmağa qoymayacağıq, nə də öüzümüz bir yerə gedəcəyik. Qərarımız odur ki, sonna kimi gedəcəyik, ya malımızı buraxacaqlar, ya da qoy gəlib hamımızı burda öldürsünlər», deyə N.Məmmədov əlavə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA