Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
27-07-2023 [00:04]
Qoç - yeni imkanlar və perspektivlər vəd edən gündür. Məqsədə çatmaq üçün yeni yollar aramaqdan, problemlərin həllində cəsur və ekstraordinar qərarlar qəbul etməkdən çəkinməyin. Biznes və ya kommersiya fəaliyyəti üçün uğurlu gündür. Daşınmaz əmlak, nəqliyyat vasitəsilə ilə bağlı qərarlar qəbul etmək olar.
Günün ikinci yarısı xoş görüşlər, yeni tanışlıqlar zamanıdır. Dəyər verdiyiniz insanlarla görüşün. Sizi narahat edən məsələni müzakirə edə bilərsiniz. Yaşam potensialının səviyyəsi yüksəkdir. Axşam saatlarında aktiv istirahəti seçin.
Buğa - yeni işlərə cəsarətlə başlaya bilərsiniz. İndiyədək çox mürəkkəb və ağır saydığınız layihəni həyata keçirməyə başlayın. Çətinliklərdən qorxmayın, maneələrdən çəkinməyin. Ən ağır problemi belə, həll edə bilərsiniz. Dəstək və ya yardım üçün müraciət etdiyiniz insanlar sözlərinizi qulaqardına vurmayacaqlar. Uzunmüddətli əməkdaşlıqla bağlı məqamları müzakirə etmək, nəzərdən keçirmək olar.
Günün ikinci yarısı şəxsi münasibətlər baxımından sərfəlidir. Təmaslarda diqqətli və həssas olun.
Rasiona fikir verin. Yağlı yeməklərdən, qazlı içkilərdən imtina etsəniz, əhvalınız yaxşı olacaq.
Əkizlər - mürəkkəb və ağır gündür. Ehtiyatlı olsanız, işlərinizdə ciddi problemlər yaranmayacaq. Maliyyə məsələlərində sərvaxt davranın. Bütün qərarlarınız yaxşı düşünülüb-daşınılandan sonra verilməlidir.
Yeni işgüzar tərəfdaşlarla münasibətlərə başlamağa tələsməyin. Başqasının hesabına uğur qazanmaq istəyən insanlar bu gün sizi hədəfə alıblar.
Günün ikinci yarısında qəfil, planlaşdırılmamış səfərə yollanmağa dəyməz. Amma belə səfər qaçılmazdırsa, yolda məsrəflərin olacağına hazırlaşın. Xırda məsələlərə görə münaqişələr yaratmayın. Münasibətlərin kəskinləşməsinə imkan verməyin.
Xərçəng - günün ilk yarısında uğurlar istisna deyil. İrəliləyişləri gözləntilərinizdən də artıq ola bilər. Ən mürəkkəb situasiyadan, ağır vəziyyətdən çıxış yolu tapmağa çalışın. Yaxın gələcəklə bağlı fəaliyyət planını hazırlayın. Sizə yardım edə biləcək insanlarla danışaraq birgə fəaliyyətlə bağlı razılıq əldə etsəniz, pis olmaz.
Günün ikinci yarısında mənfi təmayüllərin təsiri güclənəcək. Vəziyyətin ağırlaşması, əhvalınızın pozulması istisna deyil. Emosiyalarınıza hakim olun, hisslərinizə əsir düşməyin. Münaqişə və ya emosional açıqlamalar sakitləşməyinizə yardım etməyəcək. Təmkinli, soyuqqanlı davranın.
Şir - liderlik məziyyətlərinizin nümayişi üçün münasib zamandır. Rəqibləri üstələmək, mübarizəni qələbə ilə başa vurmaq üçün qətiyyətli, iradəli olun.
Diqqətli icra və təfərrüatların nəzərə alınmasını ehtiva edən işin öhdəsindən müttəfiqin, tərəfdaşın və ya dostun yardımı olmadan da gələ bilərsiniz. Fiziki işdə zərər yoxdur.
Günün ikinci yarısında xoşagəlməz situasiya yarana bilər. Vəziyyətin bu məcrada formalaşmasının səbəbkarı sizdə böyük rəğbət doğurmayan insandır. Kiçik, amma xoşagəlməz maliyyə itkiləri istisna deyil. Nəqliyyat vasitəsində nasazlıq yarana bilər.
Qız - günün ilk yarısı qarışıq və təlatümlüdür. Ciddi qərarlar verməyə tələsməyin. Situasiyanın təhlil edin, durumun mənfi və müsbət yönlərini dəyərləndirin. Etibar etdiyiniz, inandığınız insanlara güvənin. İstənilən diskussiya, müzakirə zamanı soyuqqanlı, təmkinli olun. Əks təqdirdə fəsadları uzun müddət unudulmayacaq münaqişə yarana bilər.
Günün ikinci yarısında qarşınızda yeni imkanlar yaranır. Fərqli təklifəlr alacaqsınız. Yeni ideyalarınızı dəyərləndirin. Ciddi qərarlar üçün münasib zaman deyil.
Tərəzi - uğurlu, əlverişli gündür. Yaşamın bir çox sahələrində nailiyyətlər əldə etmək olar. Süst, astagəl olmayın. Tənbəllik etməyin. Əyləncə və istirahətlə bağlı fikirləri təxirə salın. Gəlirlər istisna deyil. Əldə edəcəyiniz pulun məbləği düşündüyünüzdən də artıq ola bilər.
Yaşam potensialınızın səviyyəsi böyükdür. Səhhətinizdə problemlər yaranmayacaq. Günün ikinci yarısında ən ağır iş belə, sizi yormayacaq. Yaşam və fəaliyyət arealının təmizlənməsi, təmirə başlamaq üçün yaxşı gündür.
Axşam saatlarında aktiv istirahəti seçin.
Əqrəb - yaradıcı yanaşma, təxəyyül tələb edən işlər üçün əlverişli zamandır. Yaxın ətrafınızdakı insanlar qərarlarınızı bəyənməyə bilər. Lakin bu, həmin qərarların yanlış olduğu anlamına gəlmir. Yaxın ətrafınızdakı insanlar bəzi qərarlarınızı sərt tənqid etsələr də, haqlı olduğunuzu az sonra etiraf edəcəklər.
Günün ikinci yarısında məhsuldar əməkdaşlığa başlamaq olar. Şəxsi münasibətləri peşəkar fəaliyyətlə qarışdırmayın. Ünsiyyətin cari formasında yenilikliklər etimək şansı var. Bunun üçün böyük səylərə ehtiyac yoxdur.
Kommersiya fəaliyyəti ilə məşğul olaq, anlaşma və sövdələşmələri müzakirə etmək məsləhət deyil. Ticarətlə məşğulsunuzsa, problemlərlə qarşılaşacaqsınız.
Oxatan - istənilən formada ciddi məsələlərin həlli üçün münasib zaman deyil. Yaxın ətrafınızdakı insanlarla dil tapmaq asan deyil. Ən yaxın adamların əhvalını hiss etməyə, onları qayğılandıran məsələlərdən agah olmağa çalışın. Sözlərinizdə diqqətli olun. Qaba və sərt davranmayın.
Önemli görüşlərdə və işgüzar danışıqlarda ifrat "səmimiyyət"ə varmayın. Etiket qaydalarını pozmayın.
Günün ikinci yarısında uzunmüddətli planlar qurmaq olar. Peşəkar fəaliyyət müstəvisi və ya kommersiya işlərində irəliləyişə nail ola bilərsiniz. Yaxşı gəlir əldə etməyə imkan verəcək ideyalar formalaşacaq.
Oğlaq - əlverişli və yaxşı gündür. Başladığınız işlərdə uğur əldə edə bilərsiniz. Planların reallaşdırılmasını təxirə salmayın. Emosional tələbatları yerinə yetirmək əvəzinə maliyyə imkanlarının artırılmasına yönəlmiş layihəyə üstünlük verin.
Dəyər verdiyiniz insanlarla münasibətlərin harmonik olmasına çalışın. Mürəkkəb və önəmli məsələlərin həllində ciddi fikir ayrılıqlarının yaranmasına imkan verməyin.
Axşam saatlarında açıq havada mümkün qədər çox vaxt keçirin. Belədə səhhətinizdə problemlər yaranmaz. Ağır fiziki işlə məşğul olmayın.
Dolça - qarışıq, çalxantılı gündür. Baş verən hadisələrin gerçək mahiyyətini anlamağa çalışın. Yaxınlarınızla fikir ayrılıqları və ixtilaflar istisna deyil. İşdə həmkarlarınızla mübahisələr yarana bilər. Bütün olaylara görə özünüzü suçlamayın. Real və ya uydurma fəsadlarda yaxın ətrafınızdakı insanların da suçu var.
Günün ikinci yarısı yaradıcılıq fəaliyyəti, bilik və bacarıqların nümayişi üçün əlverişlidir. Emosional problemlərin öhdəsindən gəlməyə imkan verəcək məlumat alacaqsınız.
Balıqlar - gün sakit keçir və hadisələrin belə rəvan axarının pozulmaması üçün səylər göstərin. Qarşınıza qoyduğunuz məqsədləri müəyyənləşdirin, prioritetləri konkretləşdirin. Xırda və önəmsiz məsələlərə həddən artıq vaxt sərf etməyin. Əks təqdirdə arzuladığınız nəticələri əldə etməyəcəksiniz.
İşdə rəhbərliklə mübahisə etməyin. Nüfuzlu insanlarla münasibətləri sərtləşdirməyin. Aşkar qarşıdurmaya başlamaq zamanı deyil. Axşam saatları sürprizlər vəd edin. Gün düşündüyünüzdən də uğurludur. Romantik təmaslar və dostlarla görüş üçün əlverişli zamandır. Axşam saatlarını tənhalıqda keçirmək də olar.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi