ATV telekanalı yenidən məhkəməyə verildi – SMS fırıldağı (ÖZƏL)

img

24-05-2014 [15:43]


ATV telekanalı məhkəməyə verilib.

 Bu barədə Mia.az-a daxil olan xəbərə görə, telekanala qarşı SMS fırıldağı ilə bağlı iddia qaldırılıb.

 Mia.az xəbər verir ki, kanalı məhkəməyə verən ötən il ATV kanalında nümayiş olunan «Şərq ulduzu» SMS yarışmasının qalibi Ayla Şiriyeva onun anası Təranə Şiriyevadır: ««Ötən il ATV telekanalında nümayiş olunan «Şərq Ulduzu» müsabiqəsinin qalibi yarışda mükafat qismində Bakı şəhərində nəzərdə tutulan mənzilin verilməməsində kanal rəhbərliyini də günahlandırır. Ancaq telekanal rəhbərliyi bu iddianı qəbul etmir. Onlar bildirirlər ki, kanal həmin yarışmaya məsul olmayıb. Yalnız o yarışı keçirən şirkətə efir vaxtı ayırıb. Lakin qalib bununla razılaşmayıb və məhkəmədə iddia qaldırıb. İndi azyaşlı olduğundan məhkəmələrdə Aylanın hüquqlarını anası Təranə Şiriyeva müdafiə edir».

 Mia.az iddia ərizəsinə və Yasamal rayon Məhkəməsinin qətnaməsinə əsaslanaraq xəbər verir ki, 15 yaşlı Ayla Şiriyeva final səsverməsində 63 min 300 səs yığsa da, da müsabiqənin təşkilatçısı "OX Production"un direktoru Xalid Süleymanlı mənzil mükafatını bu günədək onlara təqdim etməyib: «Şiriyevalər iddia edirlər ki, şirkətin direktoru Xalid Süleymanlı 2013-də, daha dəqiqi, yarışmadan bir neçə gün sonra qısa müddətdə məsələnin həll olunacağını bildirsə də, sonradan yoxa çıxıb. Ona görə də Şiriyevalər Yasamal rayon Məhkəməsində ATV-yə qarşı iddia qaldırıblar. Lakin həmin məhkəmənin çıxardığı qətnamə Ayla Şiriyeva və onun anasını təmin etməyib».

 Mia.az xəbər verir ki, «Şərq ulduzu»nun qalibi və anası Yasamal rayon Məhkəməsinin qətnaməsindən Bakı Apelyasiya Məhkəməsinə şikayət veriblər: «Onların şikayəti hazırda Bakı Apellyasiya Məhkəmməsində icraatdadır və hakim Aygün Abdullayevanın sədrliyi ilə araşdırılır».

 Verilən məlumata görə, Şiriyevalar kanalın etibarına inanıb, o yarışmaya qatıldıqlarını iddia edərək, ATV-dən mənəvi təzminat da tələb edirlər: «Ayla Şiriyevanın şikayəti üzrə mayın 27-də iclas başlayacaq».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA