Rauf Mirqədirov həbsdən buraxıldı - YAS MƏRASİMİ

img

24-05-2014 [13:33]


Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi həsbdə olan "Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun atasının dəfnində iştirakına icazə verib. O, bu gün saat 16-da "Qurd qapısı" adlanan məkanda yerləşən qəbristanlıqda atasının dəfnində iştirak edəcək. 

Bu barədə məlumatı Musavat.com-a vəkil Fuad Ağayev verib. Onun sözlərinə görə, Rauf Mirqədirovun dəfnə buraxılacağını işi aparan müstəntiq İbrahim Ləmbəranski telefonla bildirib. 

Qeyd edək ki, Rauf Mirqədirovun örən gecə dünyasını dəyişən atası Həbibulla Mirqədirovun dəfnində iştirakına icazə verilmısi üçün vəkil Fuad Ağayev işi aparan müstəntiqə, baş prokurora və Milli Təhlükəsizlik Nazirliyinə müraciət etmişdi. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA