94 yaşlı veteran bələdiyyə sədrindən şikayət etdi - İcra Hakimiyyətindən cavab (VİDEO) - Yenilənib
25-07-2023 [10:58]
İsmayıllı rayonu İstisu kənd sakini, Böyük Vətən müharibəsi veteranı, Yeni Azərbaycan Partiyasının üzvü, 2-ci dərəcəli əlil Əmirov Sədrəddin Seyfəddin oğlu Mia.az-a şikayət məktubu göndərib.
O, şikayətində ölkə rəhbərliyinə üz tutaraq yazıb ki, İsmayıllı rayon İstisu Bələdiyyəsindən müqavilə əsasında 3 hektar torpaq sahəsini icarəyə götürüb:
"İcarə müqaviləsinin müddəti bitmədən bələdiyə sədri Zöhrə Şalbuzova vəzifəsindən sui-istifadə edərək həmin torpaq sahəsini başqa şəxslərə satmışdır. Hansı ki, mən müqavilənin şərtlərini pozmamışam topağı əkib becərib, məhsul götürmüşəm, vaxtlı- vaxtında icarə pulunu ödəmişəm.
Zöhrə Şalbuzova İsmayıllı rayonunun Sumaxallı, Qalacıq və İstisu kəndlərinin bələdiyyəsinin sədridir. Əgər onun fəaliyyəti təftiş edilərsə, qanunsuz əməlləri təsdiqini tapacaq. İstisu dağların əhatəsində çayın sahilində dilbər güşədə yerləşən səfalı bir kənddir. Zöhrə Şalbuzova şəxsən İstisu kəndi üçün heç bir iş görməmişdir. Kəndimizə indiyə qədər yol çəkilməyib deyə kəndə gediş-gəliş çox çətindir.
Mən İstisu bələdiyyəsindən 3 hektar torpaq sahəsini qanunu müqavilə əsasında icarəyə götürmüşəm, icarə müqaviləsinin müddəti bitməmiş Zöhrə Şalbuzova həmin torpağı başqa şəxslərə vermişdir. Hansı ki, həmin vaxt torpağa əkdiyim biçilməmiş taxıl var idi.
Mən Böyük Vətən müharibəsi iştirakçısıyam, 94 yaşım var. Prezident İlham Əliyev Böyük Vətən müharibəsi veteranlarına daima diqqət və qayğı göstərir. Özüm uzun illərdir Yeni Azərbaycan Partiyasının üzvüyəm. Külfətdən ibarət ailəm var. Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən xahiş edirəm: şikayətimi araşdırıb mənə qarşı qanunsuzluq eləyən bələdiyyə sədri Zöhrə Şalbuzovanın barəsində qanunu və ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz".
Şikayətə qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
***
Məsələ ilə bağlı Mia.az-a İsmayıllı rayon İcra Hakimiyyətndən bildirilib ki, həqiqətən vətəndaşın istifadəsində Elabad kəndində müqavilə əsasında 3.0 ha torpaq sahəsi var:
"Vətəndaş hər il torpaq sahəsini əkib–becərmiş və icarə haqqını ödəmişdir. 2022-ci ilin oktyabr ayında İstisu kənd sakini 44 günlük Vətən müharibəsinin iştirakçısı Sadıqlı Cahangir Kamil oğlu bələdiyyəyə 2.0 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müraciət etmişdir. Bələdiyyə sədri, İsmayıllı RİH başçısının İstisu İƏD üzrə nümayəndəsi Babayev Vicad Rəcəb oğlu, Dövlət Aqrar İnkişaf Mərkəzinin torpaq üzrə mütəxəssisi Muradov Ədalət və müharibə iştirakçısı C.Sadıqlının dayısı Cırıyev Fərman Nəcməddin oğlunun iştirakları ilə Elabad kəndində yerləşən digər torpaq sahəsindən 2.0 ha torpaq sahəsi Cahangir Sadıqlıya ayrılmışdır.
Vətəndaş Əmirov Sədrəddin Seyfəddin oğlunun qeyd etdiyi məsələlərlə əlaqədar olaraq bələdiyyə tərəfindən İsmayıllı rayon Məhkəməsinə müraciət edilmişdir. Üç dəfə məhkəmə iclası keçirilmişdir. Iş qanuni yolla Məhkəmədə araşdırılır.
İstisu kəndinin kənddaxili yollarının bələdiyyə tərəfindən təmir olunmaması barədə bildiririk ki, İstisu kəndinin kənddaxili yolu hər il cari təmir olunur. Bildiyimiz kimi bu il yaz –yay aylarında digər kəndlər kimi İstisu kəndində də aramsız leysan xarakterli yağışlar yağmışdır. Buna görə də təmir işində gecikmələr baş vermişdir. Avqust ayının birinci on günlüyündə İstisu kəndinin yolu əsaslı olaraq təmir olunacaq və əhalinin istifadəsinə veriləcəkdir".
Samir
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi