24-05-2014 [11:36]
...Həm ecazkar ana təbiət, həm də S. Vurğunun bu müqəddəs sevgiylə yoğrulan parlaq misraları onun həssas körpə qəlbini heyrətə gətirmişdi:
Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan.
Eşitmişəm uzaqlardan
Sakit axan Arazları,
Sınamışam dostu-yarı...
Tale 20 dekabr 1962-ci ildə Füzuli rayonunun Araz Yağlıvənd kəndində dünyaya göz açan Xanoğlan Bahadur oğluna sevimli Xan Arazı yaxından eşidib, onun sehrli pıçıltılarlını duya bilmək qabiliyyəti, həvəsi qismət etmişdi. 1979-cu ildə kəndlərindəki orta məktəbi bitirən gənc Xanoğlan bu gün peşə seçimi qarşısında qalan gənclərə nəzəri məsləhətində yazır: "İnsan həyatının ən taleyüklü məsələlərindən biri onun peşə seçməsidir. Bir çox insanlar kortəbii şəkildə, yaxud ətrafındakı insanların təhriki ilə müəyyən peşə seçirlər. Onlar bu sahə üzrə ali təhsil aldıqdan və yaxud bu peşə üzrə bir müddət işlədikdən sonra peşə seçimində səhv etdiklərini anlayır, başa düşürlər ki, bu fəaliyyət sahəsi onlar üçün maraqsız və yararsızdır. Bu peşəni sevmirlər, beləliklə, öz gələcəyini başqa peşələrdə axtarmalı olurlar. Çox vaxt bu səhvi düzəltmək mümkün olmur, insan ömrünü mənəvi, psixoloji və iqtisadi çətinliklər məngənəsindən başa vurmalı olur. Əslində qabiliyyətsiz insan yoxdur, həyatda öz layiqli yerini tapmayan insan var, cəmiyyət isə ona həyatda öz yerini tapmağa yardımçı olmalıdır”.
Həyatda öz layiqli yerini düzgün tapan Xanoğlana o vaxtlar bələdçilik edən, yol göstərən öz arzuları, öz istəyi, qəlbində kükrəyən təbiət sevgisi oldu. Orta məktəbi bitirib bir müddət rayonlarındakı Horadiz pambıq təmizləmə zavodunun Hacılı pambıq tədarükü məntəqəsində fəhlə, kəndlərindəki kolxozda sıravi kolxozçu işlədikdən sonra 24 avqust 1981-ci ildə S. Ağamalıoğlu adına "Şərəf nişanı” ordenli Azərbaycan-Kənd Təsərrüfatı İnstitutunun əyani şöbəsinin Bitki mühafizəsi fakültəsinin I kursuna daxil olaraq 17 aprel 1986-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirdi. Təhsil aldığı illərdə Ümumittifaq Gənclər Təşkilatının "Təhsil əlaçısı”, "XI beşilliyin gənc qvardiyaçısı” döş nişanları ilə, tələbə inşaat dəstəsinin komandiri kimi inşaatda fəal iştirakına görə "Fəxri fərman”larla mkafatlandırılmışdır.
07 sentyabr 1987-ci ildə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun qiyabi şöbəsinin "Bitki mühafizəsi” bölməsinin "Entemologiya” ixtisası üzrə aspiranturiyasına daxil olaraq 1991-ci ildə həmin ixtisası bitirmişdir. Beş elmi əsərin, onlarlıa publisistik məqalələrin müəllifidir. Elmi işinə görə, "İkinci dərəcəli Diplomla” təltif edilmişdir. 1979-cu ildən kolxozda aqronom-entemoloq kimi əmək fəaliyyətinə başlamış, Füzuli rayon Kənd Təsərrüfatı İdarəsində rəis müavini, Rayon İcra hakimiyyəti başçısının aqrar məsələləri üzrə müavini vəzifələrində çalışmış, 22 fevral 2012-ci ildən hal- hazıra kimi Rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləyir.
Təbiət vurğunu Xanoğlan Əzimov daim həyatdan və kitablardan öyrənməyə, onu narahat edən vacib mövzular ətrafında axtarışlar aparmağa çalışır. Təkcə ana təbiətin, müxtəlif növ bitkilərin mühafizəsinin, torpaqdan, sudan, müxtəlif növ gübrələrdən düzgün istifadə etməklə bol kənd təsərrüfatı məhsulları yetişdirməyin elmini, başqa sözlə, dilini yaxşı bilməklə yanaşı söz sərrafı olmağın, publisistikanın incəliklərini, dilini-sirrini də yaxşı bilir.
Dövlət işindən vaxt tapan kimi qələmə sarılaraq öz fikir və düşüncələrini rayonda çıxam "Qayıdış” qəzetinin səhifələrində, respublika mətbuatında oxuculara çatdırır. Elmi-publisistik, nəzəri-psixoloji yazıları ilə daha çox elmi jurnallarda, xüsusilə "Azərbaycan təbiəti”, "Kənd təsərrüfatı elmi xəbərləri”, "Azərbaycan aqrar elmi”, "Ekoloji kənd təsərrüfatı” jurnallarında, eyni zamanda "Ədalət” qəzetində çıxış edir.
Qələməyilə də insanlığa, təbiətə işıq gətirməyə xidmət edən Xanoğlan müəllimin bir çox yazıları, o cümlədən təbitəin ən qəribə minerallarından biri olan su mövzusundan bəhs edən "Təbiətin möcüzəsi” yazısındakı maraqlı faktlar oxucunu məlumatlandırmaqla yanaşı onu düşünməyə, həyəcanlanmağa, müəyyən nəticə çıxarmağa vadar edir. Məqalədə oxuyuruq: "Respublikamızda əsas problemlərdən biri də işlənən suyun təkrar emala, istifadəyə qaytarılması üçün zəmin yaratmaqdan ibarətdir. Çünki, respublikamız suyu az olanlar sırasındadır. Bizdə adambaşına düşən su Ermənistanda olduğundan 2 dəfə, Gürcüstandakından isə 6,5 dəfə azdır. Zaqafqaziyadakı su ehtiyatının yalnız 14 faizi respublikamızın payına düşür. Suya olan tələbat respublikamızda yeraltı və yürüstü su ehtiyatlarından 34 faiz artıqdır. Hesablamalar göstərir ki, Azərbaycanda olan torpaqların tam suvarılması üçün 8 kilometrə qədər su lazımdır...”
Həmin məqaləni oxuduqca işğal altında qalan torpaqlarımızdakı analoqu olmayan təbii sərvətlərimizi, o cümlədən faydalı zəngin su ehtiyatlarını, gur çaylarımızı, gözllərimizi, saf suyu diş göynədən kəhrizlərimizi, bulaqlarımızı xatırladıqca adamın tüstüsü başından çıxır.
Söhbətlərimizin birində mən kövrək bir tərzdə kəndimizin adından deyilən bağlarda yetişən armud, gilas, üzüm meyvələrinin ətri, dadı-tamı üçün burnunun ucunun göynədiyini bildirəndə o, özünəməxsus xoş təbəssüm və inamla dedi:
-Müəllim, bunun fikrini eləmə. Bizim kəndə gedək, səni o vaxtlar Qacar kəndindən gətirib öz bağımızda əkdiyim, arzuladığın ağacların armuduna, gilasına, üzümünə qonaq eləyim.
Onun bu sözlərini eşidəndə elə bil mənə dünyanı verdilər..
Barəsində eşitdiyim xoş xəbər digər oxucuları, dostları kimi məni də çox sevindirdi. Mətbuat sahəsindəki ardıcıl və səmərəli fəaliyyətini nəzərə alaraq bu günlərdə ona Azər KİV-nin "Qızıl qələm” media mükafatı verilmişdir.
Bu gün cəbhə bögəsində, düşmənlə üzbəüz bir ərazidə respublikamızın ən gənc şəhəri olan, özünəməxsus müasir şəhər siması, tərəqqi və abadlığı ilə heyrət hissi doğuran Horadizdə yaşayıb üzərinə düşən mühüm vətəndaşlıq və vəzifə borclarını layiqincə yerinə yetirir. Vətəninə, qələminə-sözünə sadiq Qarabağ müharibəsi veteranı, alim aqranom, Xanoğlan Bahadur oğlu Əzimovun ən böyük arzusu doğma Qarabağ torpaqlarının azğın, murdar düşmənlərdən tezliklə təmizlənməsi, asudə nəfəs almasıdır. Qazandığı uğurlarara görə onu təbrik edərək bizim də ən böyük arzumuz olan Qarabağ arzusuna qovuşmasını diləyirəm.
Mahmud Qacar
şair-publisist
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi