Müsavat başqanı: "Bəzi üzvlərimizin partiyalılığını gizlətməyə məcburuq" - MÜSAHİBƏ
24-07-2023 [10:41]
“Siyasi partiyalar haqqında” yeni qanuna uyğun olaraq Ədliyyə Nazirliyində başlayan yoxlama prosesi Müsavat Partiyasının məğlubiyyətilə başa çatarsa, Azərbaycanın qocaman siyasi partiyası Müsavat qanundankənar ola bilər. Ədliyyə Nazirliyində partiya üzvlərinin siyahısının təhlili bəyan edilmiş siyahının yoxlamanın nəticələrinə uyğun olmamasının göstərilməsilə başa çatıb.
Mia.az xəbər verir ki, “Siyasi partiyalar haqqında” qanuna görə, Azərbaycandakı siyasi partiyalar Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir.
Qeydiyyat prosesi çərçivəsində partiya 5000 üzvünün adlarını, ünvanlarını və əlaqə məlumatlarını, habelə öz yerli partiya təşkilatları haqqında məlumati təqdim etməlidir.
Turan-ın “Müsavat Partiyası yoxlamanın nəticələrinin partiya siyahılarına uyğunsuzluğu barədə Ədliyyə Nazirliyinin məktubuna necə reaksiya verir?” sualına Arif Hacılı belə cavab verib:
– Dünən Müsavat Partiyası sədrinin müavini Razim Əmiraslanlı Ədliyyə Nazirliyində məmurlarla görüşüb və guya partiya üzvlüyündən imtina etmiş vətəndaşlar, bizim siyahılarda barəsində məlumat olmayan partiya üzvləri haqda bilgiləri dəqiqləşdirib. Biz bu adamların adlarını götürdük və özümüz araşdırmaya başladıq.
– Sizin araşdırmanın ilkin yekunları necədir?
– Partiyaya daxil olan məktubda Ədliyyə Nazirliyi bildirir ki, bizim siyahımızda 2766 partiya üzvünün barəsində məlumat düzgün deyil. Buna inanmırıq ki, belə ki, 2766 rəqəmi Azərbaycan Xalq Cəbhəsi Partiyasına irəli sürülən analoji rəqəmə uyğundur. Hesab edirik ki, bizim siyahının hər ikinci müsavatçıya uyğun olmaması barədə rəsmi məlumatlar real deyil. Bir neçə yüz səhv ola bilər, amma təxminən üç min olmaz. Hesab edirik ki, səhvlər bizdə yox, Ədliyyə Nazirliyinin nəzarət sistemində buraxılıb.
Bizim siyahılarda 2 mindən çox ad Müsavatın üzvü kimi təsdiqlənib. 250 nəfər telefonla deyib ki, onlar Müsavatın üzvü deyil. Biz 5212 partiya üzvünün siyahısını təqdim etdik. Bu, partiya üzvlərinin yalnız bir hissəsidir, sadəcə, qanun 5 min partiya üzvünün siyahısını tələb edir. Əslində, partiya üzvlərinin sayı daha çoxdur.
– Ədliyyə Nazirliyi partiya üzvlərinə zəng edir və onlardan partiya mənsubiyyətini soruşur. Bəz Ədliyyə Nazirliyini kim yoxlayır, bu təşkilatın bəyanatına inanmaq olarmı?
– Bizə deyirlər ki, 250 nəfər yoxlayanlara deyib ki, Müsavatın üzvü deyil. Ancaq partiyadan çıxma Ədliyyə Nazirliyindən zəng ilə baş vermir. Bu adamlar Müsavatın rayon şöbələrində prosedura uyğun olaraq partiyaya qəbul ediliblər, onlar qəbul üçün ərizə veriblər, sualları cavablandırıblar, qəbulla bağlı kollektiv qərar olub. Partiyadan çıxma da prosedura uyğun olaraq, partiya üzvünün yazılı ərizəsilə və ya şəxsin ölümü ilə əlaqədar həyata keçirilir. Yəni, bu adamların partiyada olmadığını telefon zəngləri əsasında söyləmək olmaz.
– Haqlı olduğunuzu sübut etmək üçün məhkəməyə müraciət imkanlarını nəzərdən keçirirsinizmi?
– Hələlik Ədliyyə Nazirliyinə təqdim olunan siyahılarımızın yoxlanması və onlardakı texniki nöqsanların düzəldilməsi üzərində iş aparırıq. “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər mürtəcedir, buna baxmayaraq, Ədliyyə Nazirliyinin bütün iradlarını yerinə yetirəcəyik. Əgər bundan sonra da nazirlik Müsavatı qeydiyyata almasa, o zaman məhkəməyə müraciət edəcəyik.
– Əgər partiyanı reyestrdə qeydiyyata almasalar, Müsavatın qeyri-leqal fəaliyyəti mümkündürmü?
– Hakimiyyətin siyasəti çoxpartiyalı sistemin məhvinə yönəlib. Hər bir vətəndaş bilir ki, Müsavat tanınmalı olan iki partiyadan biridir. Müsavatdan imtina yolunu seçmək cəmiyyətdə yeni siyasi reallıq yaradacaq. Ancaq ümid edirəm və düşünürəm ki, partiyamız hətta mürtəcə qanunla belə qeydiyyata alınacaq.
Müsavat Partiyası sovet dönəmində 70 ilə yaxın qeyri-leqal fəaliyyət göstərib. Stalin rejimi Müsavatı tamamilə məhv edə bilmədi. Əlbəttə, hakimiyyət bizi tanımaqdan imtina edərsə, işə davam edəcəyik. Biz onsuz da yarı-leqal fəaliyyət göstəririk. Dövlət təşkilatlarında çalışan partiya üzvləri işlərini itirməmək üçün siyasi mənsubiyyətlərini gizlətmək məcburiyyətində qalırlar. Bəzi üzvlərimizin partiyalılığını gizlətməyə məcburuq. Ancaq indi dövran fərqlidir, dünya dəyişir və düşünürəm ki, indiki hakimiyyət Azərbaycan cəmiyyətinin çətin antidemokratik reallığını ağırlaşdıra bilməyəcək. Ümid edirəm ki, Müsavat Partiyası qeyri-leqal fəaliyyətə keçmək məcburiyyətində qalmayacaq.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi