Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
24-07-2023 [00:05]
Qoç - təxəyyül və yaradıcı yanaşma tələb edən işlərdə uğur əldə edə bilərsiniz. Rutin və cari işlərin yerinə yetirilməsinə aktiv olun. Sürətlə yerinə yetirilməsi mümkün olmayan işlərə başlamayın. Bu gün vədlər verməyin, boynunuza öhdəliklər götürməyin. Vədləri yerinə yetirmək hiss etdiyinizdən də çətindir.
Şəxsi münasibətlərin gələcək perspektivləri barədə düşünün. Ehtimal edilən yenilikləri müzakirə edin. Yaxın ətrafınızdakı insanların qayğısına qalın. Ən ağır problemlərin həlli mümkünür. Bədbin olmayın, ruhdan düşməyin.
Buğa - şəxsi münasibətlər üçün əlverişli gündür. Yaxın ətrafınızdakı insanları anlamağa, onları düşündürən məsələlərdən hali olmağa çalışın. Yeni tanış olduğunuz şəxslərlə rəvan münasibətlər qurun. Fərqli görüşlər olacaq və onlardan biri həyatınızda önəmli rol oynayacaq. Günün ikinci yarısının enerji potensialı yüksəkdir. Yeni təəssüratlar, hisslər istəyirsiniz. Təşəbbüslər üçün münasib zamandır. Uzun müddətdən bəri başlamağa cürət etmədiyiniz layihəni reallaşdırın.
Əkizlər - günün ilk yarısı ünsiyyət, ailədəki problemin həlli, danışıqlar və yeni işin, sifarişin müzakirəsi üçün əlverişlidir. Əhvalınız yaxşıdır. Pozitiv emosiyalarınızı ətrafınızdakı insanlarla bölüşməyə paxıllıq etməyin. Əyləncə və istirahət fikirlərini unudun.
Günün ikinci yarısı yeni problemlər vəd edir. Emosional fon dəyişir. Əsəbiləşməyin, təlaşa qapılmayın. Xırda və mənasız məsələlər sizi təbdən çıxarmasın. Etibar etdiyiniz insanın dəstəyi xüsüsi aktuallıq kəsb edir. Sevdiyiniz insanla danışın. Onun sizə deməyə sözü var.
Xərçəng - gün uğurlu başlanacaq. Səhər saatlarından etibarən məhsuldar çalışın, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün səy göstərin. Hədəf və niyyətlərə varmaq ilk baxışdan çətin təsir bağışlasa da, durmayın, irəliləyin.
Bütün işləri təkbaşına, müstəqil görməyə lüzum olmadığını anlamağa çalışın. Yardım və ya dəstək arayırsınızsa, sözünüzü yerə salmayacaq insana müraciət edin.
Günün ikinci yarısında əhvalınız pisləşə bilər. Ciddi səylər tələb edən işlər planlaşdırmayın. Axşam saatlarında bir qədər istirahət edin. Rəğbət bəslədiyiniz insanlarla görüşün, aktual məsələləri müzakirə edin.
Şir - yaradıcılıq üçün yeni imkanlar yaranır. Gündəlik məsələlərin həllinə məsuliyyətlə yanaşın. Soyuqqanlı və təmkinli davransanız, rəqiblərlə müqayisədə daha çox iş görə bilərsiniz. Problemlərin həllinə yaradıcı yanaşın. Dəvət aldığınız tədbirlərə qatılmağı unutmayın.
Günün ikinci yarısında yeni müttəfiq, həmfikir və ya dost qazana bilərsiniz. Səmimi olun, yalandan uzaq durun. İmiclə eksperimentlər etmək olar. Rəğbət bəslədiyiniz insanla təmaslarda diqqətli davranın.
Qız - gün uğursuz başlasa da, saatlar keçdikcə işlərin məcrasında dəyişikliklər olacaq. Günün ikinci yarısına doğru isə yeniliklər və dəyişikliklərin intensivliyi artacaq. Ətrafınızda baş verən olaylara sərt müdaxilə etmədən məqsədə doğru irəliləməyə üstünlük verin. Yeni sifarişin alınması, təklifin səslənməsi istisna deyil.
Günün ikinci yarısında mürəkkəb işlə məşğul olmaq, qarışıq situasiyanı çözmək olar. Prosesləri təhlil etsəniz, olayların əsl səbəblərini və real məcrasını görə biləcəksiniz. Bəzi hadisələrin izləri ötənlərdə yaşananlara aparır.
Tərəzi - çoxdan bəri planlaşdırdığınız işə başlamaq zamanıdır. Qətiyyətli olun, iradəli davranın. Yanınızdakı insanlardan birinə etibar edə bilərsiniz. Mühüm məlumatın və ya önəmli informasiyanın alınması istisna deyil. Yaxın perspektivdə yaşamınızda dəyişikliklərə səbəb olacaq hadisə ola bilər.
Günün ikinci yarısında yaşam potensialının səviyyəsi yüksəkdir. Yorğunluq hiss etmirsiniz. Axşam saatlarında aktiv istirahəti seçin. Yeni hədəfləri müəyyənləşdirə bilərsiniz.
Əqrəb - ətrafınızdakı insanlarla kəskin mübahisələr etməyin. Dəyər verdiyiniz insanlarla münasibətləri sərtləşdirməyin, ünsiyyətdə problemlər yaratmayın. Bəzi adamların sözləri və ya əməlləri sizdə qıcıq yaratsa da, sərt danışmayın. Rəqiblərlə bədxahların sayını artırmayın.
Günün ikinci yarısında yaşamın bir sıra sahələrinə maraq artacaq. İndiyədək laqeyd qaldığınız məqamlardan biri indi ön plana çıxır. Alış-verişdə bədxərclik etməyin. Dəvət aldığınız yerdə xeyli pozitiv emosiyalar ala bilərsiniz.
Oxatan - məqsədə doğru aparan yolda sizin yeganə düşməniniz süstlük və ya tənbəllik olacaq. Aktiv olun, enerjili çalışın. İşsiz oturmayın, bədbinliyə qapılmayın. Yaxınlarınız yardım üçün müraciət etsələr, onların sözlərini yerə salmayın. Səmimi və qayğıkeş davransanız belə, əməlləriniz unudulmayacaq.
Günün ikinci yarısında şəxsi münasibətlərdə təşəbbüskar olun. Situasiyanı əhəmiyyətli şəkildə dəyişmək üçün şansı əldən verməyin. Yaxın ətrafınızdakı insanlar sizə gözlənilən miqyasda və həcmdə dəstək verə bilməyəcəklər.
Oğlaq - günün ilk yarısında yaxın ətrafınızdakı insanlara üstünlüyünüzü göstərməyə çalışmayın. Nəyi nə zaman etməyin gərəkdiyini anlamağa çalışın. Mövqelərinizdən geri çəkilməyin. Haqlısınızsa, nahaqqın qələbəsinə imkan verməyin. Fikir və mövqelərinizi mümkün qədər ustalıqla söyləyin. Belədə dediklərinizə qulaq asacaqlar.
Günün ikinci yarısında pozitiv təmayüllərin təsiri güclənəcək. Əhvalınız yaxşılaşacaq. Mürəkkəb işləri başa vurun, mühüm görüşü unutmayın. Alış-veriş üçün münasib zamandır. Mebel və ya interyer predmetləri almaq olar.
Dolça - istənilən formada kommersiya fəaliyyəti üçün uğurlu zamandır. Gərəksiz əşyalar və mənasız hisslərdən qurtulmağa çalışın. Layihə və ya işinizlə maraqlanan insanla təmasları aktivləşdirin. Yeni işgüzar tərəfdaşlıqla bağlı danışıqlar aparın. Gəlir mənbələrinin sayını artırın. Şəxsi münasibətlərdə hər şey o qədər də yaxşı deyil. Yaxınlarınızın hərəkətlərinin motivlərini anlamağa səy göstərin. Açıq söhbətlər situasiyanın məcrasını aydınlaşdırmayacaq. Narahat olmayın, ciddi problemlər yaranmayacaq. Təlaş üçün səbəb yoxdur.
Balıqlar - yeni münasibətlərə başlamaq üçün əlverişli zamandır. Təmaslar və ünsiyyətdə aktiv olun. Danışıqlar apardığınız şəxs səmimiliyinə şübhə etməməlidir.
Nöqsanlarınızı pərdələməyin, hisslərinizdə qeyri-səmimi davranmayın. Sadəcə, özünüz olun. Belədə hər şey yaxşı olacaq. Günün ikinci yarısında məqsədə çatmaq üçün fəal olun, məhsuldar çalışmağa can atın. Yaxın ətrafınızdakı insanlarla qayğıkeş olun. Sevdiyiniz insanla münasibətlərinizdəki kiçik problemi aradan qaldırın.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi