Türkiyə 75 illik münaqişəni bitirir? - Təhlil
21-07-2023 [15:59]
Fələstin Prezidenti Mahmud Abbas iyulun 24-də Türkiyəyə rəsmi səfər edəcək. Diqqətçəkən məqam isə İsrail Baş naziri Benyamin Netanyahunun da iyulun 28-də Türkiyəyə gözlənilən səfəridir.
Fələstin və İsrail liderlərinin 4 gün kimi qısa bir fərqlə Türkiyəyə səfər etməsi təsadüfi deyil.
Nə baş verir?
Hazırda Fələstin hakimiyyəti ilə İsrail arasında bütün əlaqələr kəsilib. Buna səbəb İsrail ordusunun (ÇAXAL) İordan çayının qərb sahilindəki Cenin şəhərində genişmiqyaslı antiterror əməliyyatı keçirməsidir.
Ümumiyyətlə, tərəflər arasında gərginlik vaxtaşırı artırdı. Bununla belə, diplomatik təmaslar kəsilmirdi. Tərəflər hər nə qədər mübahisəli məqamlarda fikir ayrılığı yaşasalar da, diplomatik qapılar açıq tutulurdu.
Hazırda Fələstin hakimiyyətinin belə radikal qərar verməsi narahatlıq doğurur. Və bu proseslərin daha da gərginləşməsi ehtimallarını artırır.
Ankaranın vasitəçiliyi
Türkiyə Fələstin və İsrail gərginliyinin yumşalmasında vasitəçi ola bilər. Ankara İsraillə münasibətlərin normallaşmasında maraqlıdır. Tərəflərin rəsmilər səviyyəsində etdiyi səfərlər fonunda gərginlik özünü münasibətlərin normallaşması ilə əvəzlədi. Hazırda Təl-Əviv və Ankara arasında münasibətlər 2010-cu ildən əvvəlki kimi olmasa da, qənaətbəxş hesab etmək olar.
Ankaranın Fələstin məsələsində mövqeyi dəyişməz qalır. Türkiyə Qüdsü “qırmızı xətt”i olaraq qəbul edir. Bundan başqa, İsrailin genişlənməsi, aqressiv mövqeyi də Ankara tərəfindən xoş qarşılanmır.
Bütün bunlara baxmayaraq, Türkiyə hazırkı gərginliyin səngiməsi və diplomatik təmasların qurulması istiqamətində tərəfləri razılığa gətirə bilər.
Məsələ ondadır ki, region üçün ortaq təhdid İrandır. Rəsmi Tehran faktiki olaraq HƏMAS-ı dəstəkləyir və HƏMAS üzərindən prosesi gərginlik kontekstində saxlayır.
Misal üçün, bu yaxınlarda HƏMAS-ın siyasi qanadının rəhbəri İsmail Haniyə və onun rəhbərlik etdiyi nümayəndə heyəti İranın dini rəhbəri Əli Xamenei ilə görüşüb. Görüşdən sonra HƏMAS-ın aktivliyi, xüsusilə İsraildə terror cəhdləri qeydə alınıb. Və yenə bu görüşdən sonra İsrail ordusu İordan çayının qərb sahilindəki Cenin şəhərində genişmiqyaslı antiterror əməliyyatına başlayıb.
Mahmud Abbas və Benyamin Netanyahu ilə ayrılıqda keçiriləcək görüşdən sonra Ankara tərəfləri bir araya gətirə bilər. Əgər hər iki görüş də uğurlu olarsa və Ankaraya etimad edilərsə, tərəflər yaxın tarixdə yenidən bir araya gələ və ən azı gərginliyin səngiməsi, diplomatik münasibətlərin qurulması istiqamətində danışıqlara başlaya bilər.
Turan Rzayev,
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi