Vəzifəli şəxsin çənəsini sındıran qazinin ifadəsi: "Mənə əhəmiyyət verilmədi, istəyim süni şəkildə uzadıldı..."
21-07-2023 [12:18]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, qazi Namiq Babayevə xəsarət yetirməkdə təqsirləndirilən idmançı Rəvan Nəbizadənin cinayət işinin bəzi detalları məlum olub.
Mia.az Report-a istinadla xəbər verir ki, istintaq materiallarında qeyd olunub ki, R.Nəbizadə bu ilin martın 18-də saat 12 radələrində paytaxtın Binəqədi rayonunda küçədə avtobus sürücüsü Elşən Ağayevin ünvanına heç bir əsaslı səbəb olmadan nalayiq söyüşlər söyməklə təhqir edib.
Daha sonra o, sürücünün sifət nahiyəsinə bir yumruq zərbəsi endirib.
Bundan başqa, R.Nəbizadə mayın 5-i saat 15 radələrində Respublika Reabilitasiya Mərkəzinin inzibati binasına gəlib. O, Vətən müharibəsi iştirakçısı olduğunu təsdiq edən tibbi və digər zəruri sənədləri təqdim etmək üçün həkim qəbuluna növbəsiz aparılması ilə bağlı mərkəzin baş təlimatçısı Namiq Babayevə müraciət edib. Lakin mərkəz əməkdaşı ona gözləmək lazım olduğunu söyləyib. Bu zaman R.Nəbizadə N.Babayevlə mübahisə edib.
İttihama görə, idmançı N.Babayevin ünvanına nalayiq söyüşlər söyməklə onu təhqir edib. Daha sonra R.Nəbizadə N.Babayevin sifət nahiyəsinə iki dəfə yumruq zərbəsi vurub.
İstintaq orqanı tərəfindən R.Nəbizadəyə qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (Qəsdən sağlamlığa az zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra ev dustaqlığına buraxılıb.
R.Nəbizadə istintaqda elan edilmiş ittiham üzə özünü təqsirli bilib. O deyib ki, 29 sentyabr 2020-ci ildə könüllü olaraq Vətən müharibəsinin döyüşlərinə qatılıb. İdmançı söyləyib ki, müharibənin sonunadək döyüşlərdə iştirak edib: “Müharibə başa çatdıqdan sonra Vətənin müdafiəsi, sərhədlərin qorunmasında iştirak etmişəm. 31 dekabr 2020-ci il tarixdə tərxis olundum. Müharibədən sonra kəskin ağır şəxsiyyət pozğunluğu, şəxsiyyətin davamlı dəyişikliyi, psixopatabənzər “F62.0” diaqnozlu xəstəliyi ilə əlaqədar həkim komissiyası tərəfindən müayinə edilərək müvafiq rəy almışam”.
R.Nəbizadə istintaq ifadəsində bildirib ki, Mərkəzə gəldiyi ilk andan etibarən orada çalışan əməkdaşlara, həkimə, eləcə də sənədlərinin növbədən kənar qəbuluna buraxmalarına mədəni şəkildə xahiş edib: “Lakin mənə əhəmiyyət verilmədi, istəyim süni şəkildə uzadıldı. Yarım saat qəbul edilmədikdən sonra səliqəli kostyum geyinmiş, əvvəllər tanımadığım, özünü mərkəzdə çalışan əməkdaş kimi təqdim edən şəxsə səbirsiz olduğumu, psixoloji gərginlik keçirdiyimi, növbədən kənar qəbul edilməyimi xahiş etdim. Həmin şəxs isə mənə bir qədər kobud şəkildə gözləməli olduğumu və müraciət edəcəyim yeri özümün tapmalı olduğumu dedi. Artıq bundan sonra əsəblərimi cilovlaya bilməyərək, həmin şəxsi vurdum. Polis əməkdaşlarının müdaxiləsindən sonra məni 7-ci Polis Bölməsinə gətirdilər və orada sərbəst şəkildə izahat verdim”.
İstintaq materiallarında qeyd olunub ki, R.Nəbizadə əvvəllər bir nəfər şəxsə qarşı törətdiyi əmələ görə Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilinərək məhkəmə qarşısına çıxarılıb. Həmin cinayət işinin məhkəmə istintaqı vaxtı zərərçəkmiş şəxs barışıq barədə ərizə verdikdən sonra işə xitam verilib.
Qeyd edək ki, hazırda cinayət işi üzrə məhkəmə Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Əlizadənin sədrliyi ilə araşdırılır.
Xatırladaq ki, N.Babayev və R.Nəbizadə hər ikisi Vətən müharibəsi iştirakçısı olub. N.Babayev Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, 5 medalla təltif olunub. R.Nəbizadə isə döyüş növləri üzrə peşəkar idmançıdır.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi