Aynar Məmmədov kef məclisində - +18 VİDEO

img

23-05-2014 [19:51]


Deputat Elton Məmmədovun "ziyalı" oğlu, Milli Məclisin əməkdaşı, jurnalist Fərahim İlqaroğlunun döyülməsini sifariş edən Aynar Məmmədovun əks olunduğu bir video göndərilib redaksiyamıza. Həmin videonun 10-19-cü saniyələrində meyxanaçılara ən yaxın masada oturan Aynar Məmmədov və onun dostları görüntülənirlər.
 
"Ziyalılar"ın "kayfda" olduğu ilk baxışdan görünür. Meyxanaçılar da, həmin masanın sifarişi ilə "Qardaşım kayfdadır, hoqqa çıxartmaq istəyir", nəqaratı ilə deyişməyə başlayırlar.
 
 
 
Videoda söyüşlər olduğu üçün, musavat.com ona +18 işarəsi qoyur. Amma Elton Məmmədovun da dediyi kimi, bu söyüşlər "ziyalı" söyüşləri olduğu üçün, üstündən keçmək də olar.
 
 
Musavat.com bildirir ki, əslində Aynar Məmmədova və onun Fərahim İlqaroğluna qarşı sui-qəsdinə həsr olunan başqa bir video var. Və biz həmin videonun anonsunu verdik, sabah da özünü verməcəyik.
 
 
Video "Yeni Müsavat"ın reportyoru Fərahim İlqaroğlunu döyən dəstənin hadisə yerindən ayrılandan sonra getdikləri hərəkət trayektoriyasını əks etdirir və Feyruz Termişinin tək olmadığını sübut edir.
 
 
Bu, əsil sensasiyadır - Aynar Məmmədovun adamları qrup halında jurnalistə sui-qəsd planlayıblar və onu həyata keçirdikdən sonra birgə qaçıblar. Ətrafdakı obyektlərdə quraşdırılmış müxtəlif videokameralardan yığılmış həmin rolik cinayətə və onun istintaqına ciddi aydınlıq gətirəcək mötəbər sübutdur. Musavat.com iddia edir bu görüntülər istintaqda da var.
 
Musavat.com bildirir ki, həmin video-lent sabah səhərə yaxın yayınlanacaq, hələliksdə oxucularımız ziyalı Elton Məmmədovun ziyalı oğlu Aynar Məmmədovun "kayf" və musiqi zövqü ilə tanış olsunlar.
 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA