FAO-nun yeni nümayəndəsi etimadnaməsini Ceyhun Bayramova təqdim edib
21-07-2023 [11:35]
Bu gün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Nümayəndəsi vəzifəsinə təyin edilən cənab Nasar Hayat FAO-nun Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri qismində öz etimadnaməsini Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramova təqdim edib.
Bu barədə Mia.az-a FAO-dan məlumat verilib.
Görüşdə cənab Hayat deyib: "FAO-nu Azərbaycan Respublikasında təmsil etmək mənim üçün bir şərəfdir. Kənd təsərrüfatı sektoru Azərbaycan hökuməti üçün prioritet sahələrdən biridir və mən ölkədə ərzaq təhlükəsizliyini gücləndirmək və bu sektorun dayanıqlı inkişafını dəstəkləmək üçün FAO-nun səylərini səbirsizliklə icra etməyi hədəfləyirəm”.
Cənab Hayat FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinə rəhbərlik edəcək. FAO, dünyanın 130-dan çox ölkəsində fəaliyyət göstərən, aclığa son qoymaq üçün beynəlxalq səylərə rəhbərlik edən BMT-nin ixtisaslaşmış qurumudur. FAO Azərbaycanda öz fəaliyyətinə 1995-ci ildə başlamış, ölkədəki Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi isə 2015-ci ildə fəaliyyətə başlamışdır. Azərbaycan Hökumətinin müəyyən etdiyi milli prioritetlərə əsaslanaraq, FAO-nun tərəfdaşlıq proqramı əsas diqqəti ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatı məhsuldarlığının, ixracın, eləcə də ölkənin təbii ehtiyatlarından səmərəli istifadənin artırılmasına yönəldib. Proqram həmçinin Azərbaycanda kənd təsərrüfatının dəyər zəncirlərinin inkişafını və kənd yerlərinin inkişafı üçün əlverişli mühitin yaradılmasını dəstəkləyir.
Cənab Hayat Azərbaycana təyin olunmazdan əvvəl, FAO-nun Laosdakı ofisinə rəhbərlik edib. Cənab Hayatın karyerasına Pakistan hökumətində 11 il, o cümlədən Pakistanın Maldiv adaları üzrə Ali Komissarının müavini vəzifəsində dörd illik fəaliyyət daxildir. O, həmçinin 18 il Pakistanda müxtəlif beynəlxalq inkişaf təşkilatları, o cümlədən BMT-nin İnkişaf Proqramı (UNDP), ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Asiya İnkişaf Bankı ilə işləmişdir.
Cənab Nasar Hayat xanım Mələk Çakmakdan sonra FAO-nun Azərbaycandakı nümayəndəsi vəzifəsində fəaliyyət göstərəcək.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi