Nazirə sensasiyalı sual: "Müavininizin qayınanası İctimai Şura üzvü olmasaydı, dünya dağılacaqdı?!" - Seçki, yoxsa məzhəkə?
20-07-2023 [17:57]
Bu gün Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin ikinci turu keçirilib.
Mia.az xəbər verir ki, seçki zamanı Mədəniyyət naziri müavininin qaynanasının İctimai Şuraya seçilməsi ciddi narazılığa səbəb olub.
Narazılardan biri olan jurnalist Xanoğlan Əhmədov məsələ ilə bağlı sosial şəbəkədəki hesabında maraqlı paylaşım edib: "Bu gün Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin ikinci turu başa çatdı. Öncə, seçilənləri təbrik edib keçirəm mətləbə. Hörmətli Mədəniyyət naziri, əgər bu seçkidə sonda sizin "dobro" verdiyiniz siyahı keçəcəkdisə, digər namizədlərə bunca stress yaşatmağa nə ehtiyac vardı? Yaxud müavininizin qayınanası İctimai Şura üzvü olmasaydı, dünya dağılacaqdı?
Yaxud İctimai Şuranın gələcək sədri olacaq (dəqiq məlumatdır) Atatürk Mərkəzinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Alpaqut Federasiyasının Prezidenti (2016–2022), 2019-cu ildən BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, 2022-ci ildən "ADA" Universitetində "Azərbaycançılıq" kursunu tədris edən hörmətli professor Nizami Cəfərov bu qədər vəzifələri icra etmək üçün vaxt tapa biləcək? Cənab nazir, heç olmasa, 2-3 nəfərin sizin siyahıdan kənar seçilməsini özünüzə rəva bilmədiniz? Hələlik, bu qədər. Mövzuya yenidən qayıdacam".
Bəs, İctimai Şuraya seçilən qayınana kimdir?
Mia.az Bakıpost.az-a istiunadla xəbər verir ki, bu şəxs Bəyimxanım Verdiyevadır. Onun Mədəniyyət nazirinin müavini Murad Hüseynovun qayınanası olduğu bildirilir.

MURAD HÜSEYNOV
Qeyd edük ki, B.Verdiyeva bundan əvvəl Mədəniyyət Nazirliyi yanında İctima Şuranın katibi olub.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin mövqeyini öyrənmək istəsək də, mətbuat xidmətinə zənglərimiz cavabsız qaldı.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi