Keçmiş nazir müavini rüşvət videosundan DANIŞDI

img

23-05-2014 [17:14]


Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, səhiyyə nazirinin keçmiş müavini (2006-2008-ci illərdə) Sənan Kərimov Sabirabad rayon Perinetal Mərkəzinin direktoru Vüsal Məmmədovun rüşvət videosuna münasibət bildirib.

 

Sabiq nazir müavini S.Kərimov Publika.az-a açıqlamasında sözügedən hadisənin bu qədər şişirdilməsinin doğru olmadığını söyləyib: "Bilmirəm ki, bunu niyə bu qədər şişirdirlər. Rüşvəti hər bir adam: müəllim də, həkim də ala bilər. Bunu ümumilikdə Azərbaycan səhiyyəsinin adına yazmaq doğru deyil. Əgər ortada  rüşvət alınması ilə bağlı fakt varsa, təbii ki, o adam məsuliyyətə cəlb olunacaq. Qanun çərçivəsində bu məsələ ilə bağlı ölçü götürüləcək”.

 

Xatırladaq ki, Sabirabad rayon Perinetal Mərkəzinin direktoru Vüsal Məmmədovun xəstəxanada çəkilən gizli videosu sosial şəbəkələrdə səs-küyə səbəb olub. Görüntülərdə Məmmədov xəstənin verdiyi məbləğlə razılaşmır və daha çox pul tələb edir.

 

Rüşvət videosu yayılan Vüsal Məmmədov isə təcili Səhiyyə Nazirliyinə çağırılıb. Bu barədə məlumatı AzNews.az-a mərkəzin əməkdaşları verib.

 

Bildirilib ki, baş həkim heç kimə xəbər vermədən Bakıya yollanıb: "Bircə o məlumdur ki, Vüsal doktor gecəykən Bakıya çağırılıb. Onunla əlaqə yarada bilmirik”.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA