Siyavuş Novruzov: "Adam dünyada yoxdur, amma onu partiya üzvü kimi təqdim edirlər" - "Proporsional sistem bərpa olunsa..."
20-07-2023 [10:05]
Hər siyasi partiya qeydiyyatdan keçmək üçün 5 min nəfər üzvün müvafiq forma üzrə siyahısını tərtib edib, Ədliyyə Nazirliyinə verməlidir. Azərbaycanda 56-dan artıq siyasi partiya var idi. Yeni “Siyasi partiyalar haqqında” Qanun qəbul olunduqdan sonra 31 partiya bu və ya digər səbəblər göstərərək özünü buraxdı. Digərləri isə bu ayın 11-nə qədər sənədlərini toplayıb Ədliyyə Nazirliyinə təqdim etdilər”.
Mia.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O əlavə edib ki, bəziləri gedib qəbiristanlıqdan siyahı yığır: "Adam dünyada yoxdur, amma onu partiya üzvü kimi təqdim edirlər. Belə faktlar var. Elə siyasi partiyalar var ki, ümumi seçicilərin 1%-dən də azının imzasını toplaya bilmir. Bu partiya sabah prezident seçkilərində iştirak etsə, 40 mindən yuxarı imza toplamalıdır. Onda 40 mindən yuxarı imzanı hansı formada toplayacaq?
Proporsional sistem bərpa olunsa, yenə həmin hal olacaq. Yaxud majoritar qaydada ən az 60 dairə iştirak qeydə alınmalıdır. Hər namizəd partiya kimi seçkilərdə iştirak etmək istəyirsə, 60 dairənin hərəsindən 450 imza toplasa, bu da 20 mindən yuxarı imza edir. Buna görə də Ədliyyə Nazirliyi seçmə qaydada müraciət edir. Ekspertlər tərəfindən seçici imzaları yoxlanılır ki, bir adamın adının qarşısından beş adam, yaxud bir ailədən hamının adını yazıb “qol” çəkməsin”.
Deputat bildirib ki, hər bir şəxs konkret olaraq qanunun tələbinə uyğun şəkildə hansı partiyada olmaq istəyirsə, seçdiyi partiyanın Azərbaycanın ictimai-siyasi həyatında fəaliyyətini dəstəkləyirsə, o partiyanın üzvü kimi imza çəkməlidir:
“Burada heç bir təzyiqdən söhbət gedə bilməz. Partiyaların bəziləri üzv sayları barədə artıq elan veriblər. Biri deyir ki, 8 min üzvüm var. Halbuki keçmişdə deyirdi “150 mindir”, indi isə 8 min deyir. 7-10 min üzvü olduğunu deyənlər də var. Amma keçmişdə başqa rəqəmlər sadalanırdı. İndi bir-bir ortaya çıxır. Hər partiya Azərbaycanın siyasi sistemində iştirak etməsi üçün öz sosial bazasını, elektoratını ortaya qoyur. Bütün partiyalar rəsmi qeydiyyatdan keçəndən sonra artıq qeydiyyatdan keçə bilməyənlərin partiya adından danışmaq səlahiyyətləri olmayacaq. Azərbaycanda söz, mətbuat azadlığı var. Həmin partiya sədrləri fərd kimi rəy bildirə biləcəklər, amma partiya sədri kimi hər hansı fikirləri, rəyləri ola bilməyəcək. Çünki İnzibati Xətalar Məcəlləsində cərimə ilə bağlı bənd var”(Pravda)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi