Azercell Şuşadakı Eksklüziv ofisinin 1 illiyini qeyd edir - FOTO
20-07-2023 [08:33]
Azercell azad edilmiş ərazilərdə müştəri xidmətləri mərkəzini təqdim edən ilk və yeganə mobil operatordur
“Azercell Telekom” MMC işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı mühüm missiyanın həyata keçirilməsinə öz töhfəsini verməyə davam edir.
Mia.az xəbər verir ki, şirkət Qarabağda telekommunikasiya xidmətləri göstərən ilk və yeganə müştəri xidmətləri mərkəzinin 1 illiyini qeyd edir.
Bu münasibətlə 17-18 iyul tarixlərində lider operatorun prezidenti Zərinə Zeynalova və şirkətin nümayəndə heyəti Şuşa şəhərinə səfər ediblər.
Zərinə Zeynalova azad edilmiş ərazilərdə aparılan bütün işlərin şirkət üçün olduqca önəmli olduğunu vurğulayıb: “ Azad edilmiş ərazilərin yenidən qurulması və həyata qaytarılması işlərində fəal iştirak etmək bizim üçün strateji əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsinin başladığı gündən etibarən şirkətimiz cəbhə boyu şanlı ordumuzun ardınca irəliləyərək azad edilmiş ərazilərdə ilk mobil infrastrukturu qurmağa müvəffəq olub. Hazırda Azercell bu əraziləri ən müasir texnologiyalarla təchiz edərək öz 4G şəbəkəsini Qarabağ boyu gücləndirir və genişləndirir. Bu günə kimi azad edilmiş ərazilərdə şirkətimizin 100-dən çox baza stansiyası işə salınıb. Şirkətimiz bu istiqamətdə olan fəaliyyətini var gücü ilə davam etdirəcək”.
Rəsmi tədbir iyul ayının 18-i Azercell-in Şuşa ofisində baş tutub. Tədbirdə çıxış edən şirkətin Satış və B2B blokunun direktoru Dəmir Dirim bu günün Azercell üçün tarixi əhəmiyyət daşıdığını bildirib.
“Ötən il Azercell Qarabağda müştəri xidmətləri mərkəzini və rəsmi diler mağazasını istifadəyə verən ilk mobil operator oldu. Xüsusilə qürurvericidir ki, Eksklüziv tipli xidmət mərkəzimiz Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində fəaliyyətə başladı. Artıq bir ildir ki, Azercell-in digər ofislərində olduğu kimi, bu mərkəzdə də abunəçilərə bütün xidmət spektri təqdim edilir. Onu da qeyd edim ki, birinci rəsmi diler mağazamız “ağıllı kənd” konsepsiyası ilə tikilən Zəngilanın Ağalı kəndində istifadəyə verilib. Azercell olaraq azad edilmiş ərazilərdə abunəçilərimizə operativ xidmət göstərmək məqsədilə Qarabağda yerləşən mərkəzlərimizin sayını artırmağı planlaşdırırıq”,- deyə Dəmir Dirim qeyd edib.
Səfər çərçivəsində Azercell komandası həmçinin Şuşa şəhərinin tarixi-memarlıq abidələrini ziyarət edib, burada aparılan yenidənqurma və bərpa işləri ilə tanış olub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi