"Yusif Qədimbəyli pis naxçıvanlılardandır, indi biz nə edək?" - "Mən də naxçıvanlıyam, amma kirayədə yaşayıram"
19-07-2023 [10:48]
Bakıya yağan güclü yağış nəticəsində Sədərək Ticarət Mərkəzində fəaliyyət göstərən obyektlərin su altında qalması ticarət mərkəzi ilə bağlı problemləri bir daha gündəmə gətirdi.
Müzakirələr zamanı Sədərək Ticarət Mərkəzində kanalizasiya, yanğından mühafizə sisteminin bərbad vəziyyətdə olması, avtomobillərin parklama yerlərinin normalara cavab verməməsi, obyektlərin necə gəldi, pərakəndə şəkildə standarta uyğun olmadan tikilməsi kimi məsələlər önə çəkilib.
Sahibkarların sosial şəbəkələrdə yazdıqları şikayətlərdən isə belə məlum olub ki, hansısa sahibkar problemlərlə bağlı etiraz edirsə, onun icarəyə götürdüyü obyekt Sədərək Ticarət Mərkəzinin rəhbərliyi tərəfindən əlindən alınır, özü isə oradan qovulur. Bir sözlə, hüquqi şərtlər bazar rəhbərliyinin xeyrinə çalışır.
Müzakirələr fonunda Sədərək Ticarət Mərkəzinin rəhbəri Yusif Qədimbəyli (Sədərək Yusif) ciddi tənqid olunub.
Mia.az-ın məlumatına görə, bu barədə Pravda.az-a fikirlərini bölüşən hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, Sədərək Ticarət Mərkəzi çox sayda sahibkarın qazanc yeridir.
“İş olmasa, Sədərəkdə çalışanlar nə ilə dolansın, evinə pul gətirsin? Onları qorumaq lazımdır. Həm də camaat şəhərdən 15 manata aldığı malı Sədərəkdən qat-qat ucuz ala bilir. Buna görə də Sədərək həm sahibkarların qazanc yeridir, həm də sadə insanların sərfəli alış-veriş edə bildikləri ticarət mərkəzidir. Sədərəyin rəhbəri orada fəaliyyət göstərən hər bir mağazaya cavabdehdir. O sahibkarlar Sədərək Ticarət Mərkəzində elə-belə oturmayıblar ki. İcarə haqqı verirlər, pul köçürürlər. Yusif Qədimbəyli sahibkarların rahatlığını təmin etməlidir. Əgər etmirsə, sahibkarların hamısı birmənalı onu məhkəməyə verməlidir. Bu, doğrudan da, məhkəmə işidir. Özünə korporasiya düzəltmisənsə, mən də sənə pul ödəyirəmsə, sən də bütün nöqsanlara cavabdehsən. Sahibkarların məhkəməyə, polisə verməyə ixtiyarları var. Çox şey edə bilərlər. Sadəcə, insanlar öz haqlarını, hüquqlarını bilmirlər, buna görə də belə vəziyyətdədirlər. Yağış yağıb, kanalizasiya pis işləyirsə, bu məsələdə də Sədərəyin rəhbərliyi günahkardır. Oradakı bütün mağazaları sığortalamalıdırlar, bu da vacibdir. Camaat çox şeyi bilmir. Sığortalasaydılar, gedib sığortaçının “boğazından tutacaqdılar” ki, təbii fəlakət olub, malların pullunu versin. Başa düşürəm, Sədərəkdə işləyənlərin hamısı beş manat pul qazanmaqdan ötrü ora gedirlər. Amma qanunları da bilməlidirlər. Sözsüz ki, hamısı Sədərək Ticarət Mərkəzinin rəhbərliyi ilə müqavilə bağlamalıdır. Vəkil tutmalıdırlar. Birlik yoxdur, satıcıların birliyi olsa, Sədərək rəhbərliyi heç nə edə bilməz”, - deyib.
N.Cəfəroğlu şikayətlərdə Sədərək Ticarət Mərkəzinin rəhbəri Yusif Qədimbəylinin Naxçıvandan olmasına diqqət çəkilməsini isə belə şərh edib: “Bu saat bütün idarələrdə naxçıvanlılar oturmayıb ki. O qədər məmurlar var, ağdamlı, qarabağlı, gəncəli, şəkilidir. Hər yerin pisi də var, yaxşısı da. Özüm şəxsən saymışam ki, nazirlərin hansı haradan gəlib. Odur ki, günahı naxçıvanlıların üstünə atmamalıdırlar. Naxçıvanlıların da içində pisi də olur, yaxşısı da. Yusif Qədimbəyli pis naxçıvanlılardandır, indi biz nə edək? Hər şeyi naxçıvanlıların üstünə atmaq düzgün deyil. Mən də naxçıvanlıyam, amma kirayədə yaşayıram. Naxçıvanlıların əksəriyyəti sadə insanlardır. Özü də təmiz, dürüst insanlardır. Ömür boyu öz çörəklərini özləri qazanıblar. 30 ildir, naxçıvanlılar Bakıya ancaq təyyarə ilə gedib-gəlirlər. Əkib-becərdikləri malı gətirib Bakıda sata bilmirlər. Qatar olanda axşamdan minib, səhər Bakıya çatırdılar, mallarını bazara təhvil verib qaydırdılar. İndi o da yoxdur. Axı naxçıvanlılar da çox əzab-əziyyət çəkirlər. Vasif Talıbov onlara zülm etdi. Ona görə naxçıvanlıların yarısı Bakıdadır. Sədərəklə bağlı problemlər isə Yusif Qədimbəylinin naxçıvanlı olduğuna görə yox, pis adam olduğuna görədir. “Naxçıvan” adını hallandırmaq düzgün deyil”.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi