Bərzani sözünü tutdu, Bakıya gəldi: bu ölkəyə qarşı Bakı-Ankara-Ərbil paktı qurulur?
18-07-2023 [16:39]
İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani iyulun 18-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Səfər çərçivəsində onun Prezident İlham Əliyevlə təkbətək görüşü baş tutub.
Söhbət zamanı İraq Kürdüstan Regionu ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, sərmayələr, enerji sahəsində əməkdaşlıq, turizm imkanlarının artırılması, birbaşa aviareyslərin açılması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Xatırladım ki, fevralın 18-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin İraq Kürdüstan Regional Hökumətinin başçısı Neçirvan Bərzani ilə görüşü olub. Prezident İlham Əliyev N.Bərzanini Münxendəki görüş zamanı Azərbaycana səfərə dəvət etmişdi.
İraq Kürdüstan Regional Hökuməti Azərbaycan üçün olduqca önəmli bir bölgədir. Təsadüfi deyil ki, Münxen görüşü daxil olmaqla, liderlər son zamanlar təmasları artırıb.
İraq Kürdüstanı ilə Azərbaycan arasında həm siyasi, həm də iqtisadi sahədə geniş əlaqələr var. Xüsusilə Bakının geopolitik enerji siyasətində bu region çox vacibdir.
Məsələ ondadır ki, İraqın Kürdüstan Regionu neft və qaz yataqları ilə zəngindir. Azərbaycan isə regionda meqalayihələr icra edən, həmçinin Avropa bazarında çəkisi günbəgün artan bir ölkədir. Rəsmi Bakı TANAP və TAP boru kəmərləri ilə başda İtaliya olmaqla bir çox Avropa Birliyi üzvü olan ölkələrə enerji nəql edir.
Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin üzləşdiyi enerji böhranı rəsmi Bakıya olan diqqət və marağı artırıb.
Azərbaycan Avropa bazarına neft, qaz nəql etsə də, bu, Rusiyanın nəql etdiyi neft və qazla müqayisədə çox azdır. Qərbin tələblərinin artdığı bir zamanda Azərbaycan regionun digər enerji ehtiyatları ilə zəngin ölkələri və muxtar respublikalar ilə təmaslar qurur. İraq Kürdüstanı ilə təmaslar da bu baxımdan önəmlidir.
Azərbaycan rəsmi Ərbilin enerji resurslarının mövcud TANAP və TAP layihəsi ilə Avropa bazarına çıxarılmasını təklif edir. Beləliklə, həm İraq Kürdüstanı gəlir əldə edə, həm də rəsmi Bakı Qərbə nəql edilən enerjinin həcmini artıra bilər. Bundan başqa, ortaqların çoxalması mövcud boru kəmərlərinin ötürücülük qabiliyyətinin də artması üçün real imkanlar yaradır.
Azərbaycan perspektivdə yeni layihələrin icrası fonunda İraq Kürdüstanı ilə əməkdaşlıqda maraqlıdır. Söhbət Ermənistanla sülh müqaviləsinin imzalanmasından sonra bu ölkənin ərazisindən Naxçıvana, oradan isə Türkiyəyə çəkiləcək yeni boru kəmərlərindən gedir. Bu layihə icra edilsə, İraq Kürdüstanı daha qısa və az xərclə enerji resurslarını Avropa bazarına çıxara bilər.
Prezident İlham Əliyev ilə Neçirvan Bərzani sonuncu dəfə Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın inaqurasiya mərasimində görüşmüşdü.
Bakı-Ərbil təmasları Ankaranın da diqqətindədir. Azərbaycan Prezidenti görüşlər zamanı Bərzaninin diqqətinə Türkiyə ilə dostluq, qardaşlıq və strateji tərəfdaşlıq faktorlarını çatdırır, Bakı-Ankara-Ərbil üçlü əməkdaşlığının faydalarını qeyd edir. Hesab edirəm, bu, təsadüfi deyil.
Türkiyə terrorla mübarizədə onsuz da İraq Kürdüstanı ilə əməkdaşlıq edir. Rəsmi Bakı da bu əməkdaşlığı dəstəkləyir. Lakin qeyd etdiyim üçlü pakt daha çox İran təhdidinə qarşı formalaşır. Yəni iqtisadi faktorlarla yanaşı, siyasi motivi də özündə kəsb edir.
Bu gün İranda Kürdüstana münasibət çox mənfidir. Tehranın Bakı ilə münasibətlərini də nəzərə alsaq, Ankara Tehranın ideoloji və siyasi təzyiqlərinə qarşı üçlü paktın yaradılmasında maraqlıdır.
Azərbaycanı hələlik əməkdaşlığın iqtisadi tərəfləri maraqlandırsa da, İraq Kürdüstanı ilə siyasi motivli əməkdaşlıq perspektivləri də gözardı edilmir.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi