Müstəqil İnformasiya Agentliyinə qarşı rəsmi TƏXRİBAT

img

23-05-2014 [14:49]



Artıq üç gündür ki, Müstəqil İnformasiya Agentliyinə məxsus mia.az saytına girişdə problem yaranıb.

Qeyd edək ki, «Bakinternet» provayderinin istifadəçisi olanlar mia.az saytına daxi ola bilmirlər. Məsələni tam dəqiqləşdirmək üçün mütəxəssislər araşdırma aparıblar. Məlum olub ki, «Bakinternet» mia.az-ı bloka salıb və bu səbəbdən də o provaydeyrin istifadəçiləri saytımıza daxil ola bilmirlər. Texniki əməkdaşlarımız «Bakinternet»dən məsələni aydınlaşdırmaq istəsələr də, qarşı tərəf müxtəlif əsassız bəhanə gətirərək, problemin həllinə çalışmayıblar. Amma ölkədə fəaliyyət göstərən digər provayderlərdə belə bir problem yoxdur. «Bakinternet»in bu addımı oxucularımızın 20-30 faizinin saytımıza daxil olmaması ilə nəticələnib. Yəni, «Bakinternet» bununla həm bizim, həm də öz istifadəçilərinin hüquqlarını pozur.

Onu da nəzərə çatdıraq ki, bu problem «Əli Abbasovun milyonluq taksofon əməliyyatı – Təkzibedilməz FAKT» başlıqlı yazıdan sonra ortaya çıxıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi Istehsalat Birliyinin sərəncamında olan qovşaqlarda maliyyə fırıldaqları barədə yazıdan sonra «Bakinternet»in istiafdəçiləri sayta daxil ola bilmirlər. Görünür, Bakı Telefon Rabitəsi Istehsalat Birliyi yazıda qeyd olunan faktlarla cavab verə bilmədikləri üçün yeganə çıxış yolunu bu qanunsuz addımı atmaqda görüblər. Məsələylə bağlı aidiyyatı qurumlara müraciət olunacaq. 

Müstəqil İnformasiya Agentliyinin redaktoru Zaur Əhməd bildirb ki, bunu söz və mətbuat azadlığına basqı kimi dəyərləndirirlər: "Bununla bağlı ölkə başçısına və digər aidiyyatı qurumlara müraciət etməyi planlaşdırırıq. Eyni zamanda, beynəlxalq təşkilatlara və jurnalist qurumlarına da müraciət etmək fikrimiz var".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA