23-05-2014 [14:19]
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə I və IV qruplar üzrə əvvəlki illərin məzunlarının imtahan nəticələrini açıqlayıb.
I qrup üzrə 1997 nəfərin imtahan verməsinə baxmayaraq, onlardan 90%-i 150-dən az bal toplayıb. IV qrup üzrə isə 4558 nəfər imtahan verib. Onların isə 90%-i 100 baldan aşağı nəticə göstərib.
TQDK sədri qeyd edib ki, IV qrupda iki kontingent var. Bir qrup Tibb Universitetinə hazırlaşır və yüksək nəticə əldə etmək istəyir. Digərləri isə yalnız idmançı olmaq istəyir və bilirlər ki, onlara 100 bal lazımdır: "Yüksək bal toplayanlara gəlincə isə I qrup üzrə 637 bal toplayan abituriyent Gəncə şəhəri məzunudur. Ötən il 591 bal toplayıb və ADNA-ya daxil olub, amma ərizəsini təsdiqləməyib və bu il yenidən imtahan verib. Ötən il 493 bal toplayan başqa bir məzun isə bu il 625 bal toplayıb. IV ixtisas qrupunda imtahan verən məzunlardan biri isə 644 bal toplayıb. Ötən il isə onun nəticəsi 534 bal olub. Bu il 612 bal yığan digər bir abituriyent isə ilk dəfə imtahan verdiyi il, yəni 2012-ci ildə – 431, 2013-cü ildə – 406 bal toplayıb. 600-dən yuxarı nəticə göstərən digər bir məzun isə Beyləqan rayonundandır. Bu il 606 bal toplayıb. O, 2013-cü il məzunudur və həmin il 468 bal toplayıb”.
Qeyd edək ki, imtahanda 100 baldan aşağı nəticə gösətərən abituriyentlərin 50%-i 50 baldan aşağı nəticə göstərib.
"Ali məktəblərə keçid balını öncədən deyə bilmərik ki, necə olacaq. Keçid balının aşağı salınacağı hələbilinmir”.Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ali məktəbələrə qəbul imtahanları keçirilərkən keçid ballarının necə olacağı barədə danışarkən deyib.
O bildirib ki, müsabiqədə iştirak edənlərin sayı çoxalsın deyə, keçid balının aşağı sala bilməzlər.
"Ali məktəblərə qəbul üçün müsabiqə şərtlərinin dəyişilib-dəyişilməyəcəyi barədə qərar da yalnız cari ilin məzunları üçün keçirilən qəbul imtahanlarının nəticələri məlum olduqdan sonra veriləcək.Bundan sonra biz müəyyən edəcəyik ki, hər ixtisas qrupu üçün ayrılan plan yerləri və müsabiqədə iştirak etmək istəyənlərin sayı nə qədərdir? Ola bilər ki, bunun nəticələri əsasında müsabiqədə iştirak üçün tələb olunan şərtləri dəyişək. Amma hələ ki, elan olunmuş qaydalar mövcuddur. Həm əvvəlki, həm də cari ilin məzunları bizim bununla bağlı yeni elanlarımızı izləməlidirlər. Onlar bilməlidirlər ki, topladıqları balla ali məktəblərə, yoxsa orta ixtisas təhsili müəssisələrinə qəbul üçün ixtisas seçə bilərlər".
Xatırladaq ki, keçən ilIII ixtisas qrupu üzrə müsabiqəyə buraxılmaq üçün tələb olunan minimal bal 300-dən 250-yə endirildi.
I, II, IV qruplarda da keçid balı azaldıldı - 150-yə endirildi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi