Brüssel görüşü öncəsi iki mühüm hadisə: Separatçılar aksiya keçirdi, Bakı bu təklifi verdi - Təhlil
14-07-2023 [16:10]
İyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa Birliyi (AB) Şurasının rəhbəri Şarl Mişel arasında görüş keçiriləcək.
Görüşün gərgin atmosferdə keçəcəyi indidən bəllidir. Bu gün baş verən iki mühüm hadisə də bunu deməyə əsas verir.
Birincisi, məlum olduğu kimi, separatçılar Xankəndidə aksiyaya başlayıb. Separatçıların qondarma “dövlət naziri” Qurgen Nersisyan dünən axşam videomüraciət yayıb və “hamını” meydana çağırıb. Bundan başqa, aksiyada separatçıların “başçısı” Arayik Arutyunyan da iştirak edib.
İkincisi, bu gün səhər saatlarında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Drogan Kojiçlə görüşüb. Görüş zamanı Azərbaycanın Qırmızı Xaç Komitəsinə Ağdam-Xankəndi yolu ilə Qarabağa humanitar yardımların aparılması təklifi edilib.
Aydın məsələdir ki, Brüssel görüşü öncəsi Xankəndidə aksiyanın keçirilməsi təsadüfi deyil. Mümkündür ki, aksiyanın sifarişi İrəvandan gəlib. Məsələ ondadır ki, Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün parlamentdə çıxışı zamanı Brüsseldə baş tutacaq görüşün 15 iyulda keçiriləcəyini bildirdi. Paşinyanın açıqlamasının ardınca Qurgen Nersisyanın videomüraciət yayması və “hamını” meydana çıxmağa çağırması da bunu təsdiqləyir.
Ermənistan bu yolla Brüssel görüşündə üstün mövqedə olmaq istəyir. Paşinyan hər nə qədər Azərbaycanın ərazi bütövlüyünü tanısa da, ən yaxşı halda Qarabağ ermənilərinə statusun verilməsinə çalışır. Bunu isə Brüssel görüşü öncəsi aksiya şousu ilə aqrumentləşdirir.
Lakin Paşinyanın bu şousu nə Bakının mövqeyini, nə də görüşün gündəliyini dəyişəcək. Məsələ ondadır ki, rəsmi Bakı İrəvanın nə etmək istədiyini yaxşı bilir. Buna görə də əks həmlə ilə cavab verdi. Söhbət Ceyhun Bayramovun Drogan Kojiçlə görüşündən gedir. Rəsmi Bakı Qarabağdakı erməni əhalisinin ərzaq təminatını həyata keçirə biləcəyi təklifini yenidən irəli sürüb.
Prinsip etibarilə bu ən məqbul təklifdir. Belə ki, Qırmızı Xaç Komitəsinin Bərdə şəhərində nümayəndəliyi və müvafiq resurs bazası var.
Bərdədən Ağdama 45 kilometr, Ağdamdan Xankəndinə olan isə məsafə 26 kilometrdir. Yolun ümumi uzunluğu 71 kilometrə bərabərdir. İrəvandan Xankəndiyə yol isə 330 kilometrdir.
Bakı bu addım ilə ermənilərin Brüssel görüşü öncəsi arqument və iddialarını məhv edir. Bununla belə, baş verən son iki hadisə fonunda görüşün gərgin atmosferdə keçəcəyi bəllidir.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi