Azərbaycanda yüksək vəzifəli məmurun arvadı Türkiyəyə qaçıb

img

23-05-2014 [13:14]


Azərbaycanda daha bir yüksək vəzifə sahiblərindən birinin həyat yoldaşı 20 günə yaxındır ailəsindəki söz-söhbəti bəhanə edərək, xəbərsiz Türkiyəyə qaçıb.

Bu ilginc xəbər Mia.az-a adının çəkilməsini istəməyən deputatlardan biri deyib. Onun sözlərinə görə, ailəsində yaranmış söz-söhbətdən sonra qadın qəfil qərar verib: «O, evdən atası evinə gedəcəyini deyib, çıxsa da, sonradan onun səsi Türkiyədən gəlib».

Mənbə həmin vəzifəli şəxsinin həyat yoldaşının ölkəni tək tərk etmədiyini deyir: «Maraqlıdır ki, o, çox geniş maliyyə imkanlarına sahib olan bir deputat həmkarımızın (adı Mia-ya bəllidir) ədabaz xanımı ilə ölkəni tərk edib. Böyük ehtimalla həmin qadını da həmkarımızın xanımı belə hərəkət etməyə sövq edib».

Mia.az bildirir ki, həmin vəzifəli şəxsin kimliyi digər məlumatlar dəqiqliyi ilə daxil olan informasiyada öz əksini tapıb. Lakin bəzi etik məsələləri, həmçinin şəxsi həyat toxunulmazlığını nəzərə alaraq, təfsilata toxunmuruq


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA