Britaniya nəşri: “Qərb anladı ki, Türkiyə bir şey almadan güzəştə getmir” - “NATO sammitinin əsl qalibi Ərdoğandır”
13-07-2023 [20:51]
Böyük Britaniyanın “tortoisemedia.com” saytının “Turkey’s President Erdoğan is the real winner of the Nato summit” (NATO sammitinin əsl qalibi Türkiyə prezidenti Ərdoğandır) adlı məqaləsində deyilir ki, Qərb bir daha əmin oldu ki, qarşılığında bir şey almadan Türkiyə heç bir güzəştə gedən deyil.
Britaniya nəşri yazır ki, İsveçin NATO-ya qoşulmasına razılığın qarşılığında Qərbdən bunları aldı:
- ABŞ Türkiyəyə 40 ədəd F-16 (20 milyard dollar dəyərində) döyüş təyyarəsi göndərməyə razılıq verdi. Halbuki Ukrayna 500 gündən artıq davam edən müharibədə bu qırıcıları almaq üçün Amerikaya yalvarırdı.
- Kanada Türkiyəyə Suriyada apardığı hərbi əməliyyat səbəbindən 2019-cu ildə ilkin olaraq tətbiq etdiyi silah embarqosunu ləğv edəcək.
Bu məsələ ilə bağlı kiçik bir haşiyə çıxmaq gərəkir.
Bəzi Qərb mənbələri deyir ki, bu embarqo səssiz-səmirsiz 2020-ci ildə aradan götürülüb. Bu embarqonun hələ götürülmədiyini, gələcəkdə götürülə biləcəyimi deyənlər də var. Bu söhbətin otraya çıxmasının səbəbi isə NATO zirvəsində cənab Ərdoğanın Kanadanın baş naziri Justin Trudeau ilə görüşündən qaynaqlanır.
- İsveç Kürdüstan Fəhlə Partiyası (PKK) üzvlərinə qarşı araşdırmalara başlayıb və silahlı qruplaşmanın maliyyələşdirilməsini izləmək üçün Türkiyə təhlükəsizlik orqanları ilə sıx əməkdaşlıq edəcək.
O da aydındıdır ki, İsveçin NATO-ya daxil olması məsələsinə Türkiyə parlamentinin oktyabrda baxacağı da məqsədli yanaşmadır. Belə ki, Qərb vədlərini o vaxta qədər həyata keçirməlidir. Keçirməsə, parlament bu təklifi rədd edə də bilər...
Gördüyünüz kimi, Britaniya nəşri də etiraf edir ki, Tayyib Ərdoğan elə bir siyasətçidir ki, Türkiyə üçün müəyyən güzəştlər almadan geriyə addım atmır. Bir anlığa təsəvvür edin ki, Türkiyənin prezidenti Tayyib Ərdoğan yox, məhz CHP başqanı Kamal Kılıçdaroğlu seçilib. Kamal Kılıçdaroğluna Qərb bu qədər güzəştə gedərdimi? Siyasət mürəkkəb bir işdir. O da aydındır ki, sinəsinə döyüb “mən əvəzolunmaz siyasətçiyəm”, deyənlərin çoxunda siyasi fəhm və çoxgedişli kombinasiyalarda xüsusi məharət ya olmur, ya da yetərincə olmur.
Bu baxımdan cənab Ərdoğan böyük siyasətçidir. Ancaq onun da zəif yerləri var. Belə ki, Türk lirəsinin vəziyyəti ürəkaçan deyil. Bu isə son dərəcə ciddi məslədir. O da bəllidir ki, bu amil cənab Ərdoğanın əleyhinə işləyir. Əminəm ki, Türk lirəsinin dəyərdən düşməsinin arxasında Qərbin məkrli siyasəti dayanıb. Qərb mərkəzləşmiş şəkildə anti-lirə siyasəti yerdib. Bunun üçün əlinin altında olan ciddi təzyiq vasitələrinə əl atıb. Ancaq Ərdoğan səviyyəsində olan siyasətçi bu prosesi görməli və gərəkən ölçüləri götürməliydi.
“Tortoisemedia.com” saytı lirənin acınacaqlı durumu ilə bağlı məsələyə də toxunur. Qeyd edir ki, lirəni xilas etmək üçün sayın Ərdoğan Avropa Birliyi ilə əlaqələri gücləndirtmək fikrindədir. Bu istiqamətdə əsas mane hesab olunan Türkiyə-Yunanıstan münasibətlərinin istiləşməsi prosesi davam edir. Cənab Ərdoğanla Yunanıstanın baş naziri Kyriakos Mitsotakis-ın NATO zirvəsində şəxsən görüşməsi müşahidəçilər tərəfindən müsbət dəyərləndirilir.
Türkiyə NATO-nun aparıcı üzvlərindən olsa da Rusiya ilə son dərəcə sıx münasibətlərə malikdir. Məhz Türkiyənin vasitəçiliyi ilə Moskva ilə Kiyev arasında Ukrayna buğdasının dünya bazarına daşınması ilə bağlı anlaşma əldə olunub. Düzdür, hazırda Rusiya bu anlaşmanı uzatmaq istəmir. Ancaq böyük ehtimalla demək olar ki, Türkiyə bu dəfə də öz istəyinə nail olacaq.
Yeri gəlmişkən, Ukrayna buğdasının dünya bazarına çıxarılması son dərəcə önəmli məsələdir. Rusiya buna imkan verməsəydi bir çox ölkədə, xüsusən kasıb ölkələrdə insanlar kütləvi aclıqla üzləşə bilərdi. Söhbət 10 milyonlarla insandan gedir.
Eyni zamanda gələn həftə Türkiyə prezidentin varlı körfəz ölkələrinə səfəri gözlənilir. Bu səfərin əsas məqsədi Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşunun artımına nail olmaqdan ibarətdir...
Elbəyi Həsənli,
Sürix
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi