"Ərdoğan Putini yaxşı tanıyır, nələr edə biləcəyinin, hansı yollara əl atacağının fərqindədir" - Putinin 2025 planı niyə narahatlıq yaradır?
13-07-2023 [17:17]
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində mətbuata açıqlamasında Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları barədə sualı cavablandırarkən deyib ki, “Burada razılaşma ondan ibarətdir ki, 2025-ci ilə qədər Rusiya sülhməramlıları təyin olunmuş yerlərdə qalacaq. 2025-ci ildə Rusiya ərazini tərk edəcək. Mən də Rusiyanın bu razılaşmaya sadiq qalacağına inanıram. Qardaşım İlham Əliyev də məsələni diqqətlə izləyir”.
Ərdoğan hər nə qədər “2025-ci ilə qədər Rusiya təyin olunmuş yerlərdə qalacaq, həmin ildə isə bu yerləri tərk edəcək” desə də, onun “Mən də Rusiyanın bu razılaşmaya sadiq qalacağına inanıram” sözləri diqqət çəkir.
Bu və ya digər məqamları Mia.az-a şərh edən politoloq Turan Rzayevin sözlərinə görə, Ərdoğanın ehtiyatlı, bir o qədər də özündə narahatlıq ehtiva edən açıqlaması səbəbsiz deyil:
"Belə ki, 10 Noyabr bəyanatına görə, Rusiya sülhməramlılarının səlahiyyət müddəti 2025-ci ildə bitəcək. Lakin Kreml bu vaxtı uzatmaq, növbəti 5 il daha Qarabağda qalmaq istəyir.
Bunu son vaxtlar istər Ermənistan-Azərbaycan şərti dövlət sərhədində baş verən təxribatlar, istərsə də sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə gərginliyin artması da təsdiqləyir.
Ərdoğan Putini yaxşı tanıyır. Nələr edə biləcəyinin, hansı yollara əl atacağının fərqindədir. Düzdür, Ukrayna ilə müharibədə Ankara-Moskva təmasları vacibdir və Putinin Ərdoğana ehtiyacı var. Lakin Qarabağ məsələsində liderlərin baxışı uzlaşmır".
Politoloq bildiriib ki, Kreml Cənubi Qafqazı Türkiyə və ya digər hər hansısa bir qüvvə ilə bölüşmək istəmir: "Bunu da bu və ya başqa formada göstərir. Bakı və Ankara hazırda Rusiya sülhməramlılarının növbəti beş il ərzində Qarabağda qalmaması üçün əlindən gələni edir. Misal üçün baş verən təxribatlara rəğmən, Brüssel, Vaşinqton görüşlərinin keçirilməsi, Ankaranın pərdəarxasında həm Paşinyanla, həm də Şarl Mişellə təmaslar qurması və Qarabağ məsələsini Vaşinqtonun gündəminə gətirməsi buna misal ola bilər. Təsadüfi deyil ki, son zamanlar ABŞ Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi istiqamətində səylərini artırıb.
Bundan başqa, Türkiyənin əlində Kremlə qarşı Ukrayna müharibəsi ilə bağlı da təzyiq rıçaqlarının olduğunu da demək olar. Lakin hələlik bunun istifadəsinə zərurət yaranmayıb".
T.Rzayev deyir ki, Bakı və Ankara Ermənistanla Azərbaycan arasında 2024-cü ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasına çalışır: "Əgər bu baş verməsə, prosesin 2025-ci ildə həlli daha çətin olacaq. Çünki 2025-ci ildə Azərbaycanda mühüm siyasi proses – prezident seçkiləri keçiriləcək".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi