Məşhur şərhçi efirdə ağladı, Şenol Günəşi təhqir etdi: "Lan, sənin arvadın, uşağın orda olsaydı..."
13-07-2023 [00:06]
"Beşiktaş"ın baş məşqçisi Şenol Günəşin bu ilin fevralın 6-da baş vermiş dəhşətli zəlzələdə iki oyunçusu və idman direktorunu itirən "Hatasyspor" komandası üçün "Bu komanda indi Riva bazasında hazırlıq keçəcək. O zaman niyə keçən mövsüm orada deyildilər? O vaxt bu bazada məşq edə bilməzdilərmi?", - sözlərinə keçmiş hakim və məşhur idman şərhçisi Erman Toroğlu canlı yayımda çox kəskin cavab verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, televiziya kanalına müsahibə verən Erman Toroğlu Şenol Günəşdən belə bir açıqlama gözləmədiyini deyib: "Eşidəndə, inana bilmədim, bu adam özü də baş məşqçidir. Əgər Şenol Günəşin ailəsi zəlzələdə orada olsaydı, onun arvadı, uşaqları, qohumları dağıntı altında qalsaydı, yenə eyni cümlələri deyəcəkmi? Necə insansan sən? Hər şeyiniz puldurmu sizin? Hər şeyiniz dollarmı, avrodumu? Lan, sizdə bu qədər insanlıq yoxmu ya?
Ya adam (zəlzələ nəticəsində 14 gün sonra cəsədi dağıntı altından çıxarılan Kristian Atsunu nəzərdə tutur -mia.az) əlavə vaxtda qol vurdu, mən bunu gördüm, bayram etdilər. Adam səhər İngiltərəyə gedəcəkdi, ancaq günlər sonra onun cəsədini apardılar. Nə deyirsən, Şenol Günəş? Fikir verir ya, onlar harada məşq edirmişlər. Allahın qorusun, ancaq sənin uşaqlarından biri onun yerində olsaydı, belə danışardınmı, lan Şenol Güneş? Lan Şenol Günəş deyirəm, gör, nə qədər konkret deyirəım".
Çıxışına davam edərkən göz yaşlarını saxlaya bilməyən Erman Toroğlu daha sonra deyib: "Təəssüf. Orada nələr olub, bilirsənmi? Mənə deyirlər. Bəzən orada baş verənləri mənə danışanda özümü saxlaya bilmirəm, gözlərimdən yaş tökülür. Ayıbdır, hər şeyi pul kimi görürsən?
Rədd olun gedin, adam deyilsiniz, ya. Hadi, məhkəməyə ver məni, lan. Adam deyilsən, lan. Bu sözləri deyən heç kimsə adam deyil, lan...".
Fərid
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi