Artur Rəsizadə qərar verdi, Səlim Müslümovun səlahiyyəti alındı

img

23-05-2014 [10:48]


Baş nazir Artur Rəsizadə nazir Səlim Müslümovun səlahiyyətini məhdudlaşdıran qərar imzalayıb.

Mia.az Nazirlər Kabinetinin məlumatına istinad edərək bildirir ki, A.Rəsizadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir səlahiyyətini ləğv edib. Belə ki, Nazirlər Kabineti 2008-ci il 5 fevral tarixli 28 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı"nda dəyişiklik edib.

Dəyişikliyə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi icazələrin reyestrini aparmaq səlahiyyəti ləğv edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA