İsrail müdafiə nazirinin Bakıya səfərinin sirri - Təhlil
12-07-2023 [12:57]
İsrailin müdafiə naziri Yoav Qallant bu gün Azərbaycana səfər edəcək. Nazirin Azərbaycana səfərinin məqsədi ölkələr arasında strateji əlaqələri, siyasi əməkdaşlığı gücləndirmək, təhlükəsizlik və texnologiya sahəsində əlaqələri genişləndirmək olaraq qeyd edilir.
Səfər zamanı İsrailin müdafiə nazirinin həmkarları ilə regional sabitliyin möhkəmləndirilməsi yollarını müzakirə edəcəyi gözlənilir. Bundan başqa, Yoav Qallantın Prezident İlham Əliyev, müdafiə naziri Zakir Həsənov və dövlət sərhəd xidmətinin rəhbəri ilə görüşməsi gözlənilir.
Terrora cəhd edilən sirli səfirlik
Yoav Qallantın Azərbaycana səfərinin indiki məqamda baş tutması diqqət çəkir. Məsələ ondadır ki, 10 iyul tarixində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan ərazisində terror aktı törətməyi planlaşdıran xarici ölkə vətəndaşını saxladığını açıqladı.
Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın (Fawzan Mosa Khan) digər şəxslərlə qabaqcadan əlbir olaraq terror aktı törətməyi planlaşdırması müəyyən edilib.
DTX-nin məlumatında qeyd edilir ki, adıçəkilən əcnəbi şəxs qeyd olunan cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycan Respublikasına gəlmiş, Bakı şəhərində yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparmış, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşib.
DTX nə saxlanılan şəxsin hansı ölkədən gəldiyini, nə də hansı səfirliyin hədəfdə olduğunu açıqlayıb. Bununla belə, izlər həmin şəxsin İrandan ölkəmizə keçdiyini, terror törətmək istədiyini, hədəfin isə İsrail səfirliyi olduğunu göstərir.
Belə ki, DTX-nin yaydığı videoda şəxsin saxlanıldığı ərazi, habelə ələ keçirilən dəftərdə qeyd edilən obyektlərin yeri və s. hücumun İsrail səfirliyinə ediləcəyini deməyə əsas verir.
İsrail mediasında da bu istiqamətdə ardıcıl yazılar tirajlanır. Hadisədən iki gün sonra İsrailin müdafiə naziri Yoav Qallantın Azərbaycana səfər etməsi də bu baxımdan diqqət çəkir.
Düzdür, müdafiə nazirinin səfəri bu hadisə ilə bağlı olmaya da bilər, lakin səfər zamanı keçiriləcək görüşlərdə bu məsələ mütləq müzakirə ediləcək.
Qeyd etmək lazımdır ki, bir müddət öncə Pakistan vətəndaşı İsrailin Yunanıstandakı nümayəndəliyinə hücuma cəhd etmiş, lakin o da buna nail ola bilməmişdi.
“Qisas-3”, yoxsa antiterror əməliyyatları?
İsrail müdafiə nazirinin ölkəmizə səfərinin bir digər diqqətçəkən məqamı həm Ermənistan-Azərbaycan şərti dövlət sərhədində, həm də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə təxribatların intensivləşdiyi zamanda baş tutmasıdır.
Rəsmi Bakı bir müddət öncə “Qisas-2” əməliyyatı ilə qarşı tərəfə gözdağı verdi. Qarşıdan Brüssel görüşü gəlir. Bununla paralel olaraq rəsmi Bakı “Qisas-3” və antiterror əməliyyatlarının da anonsunu verir. Mümkündür ki, Brüssel görüşü də Vaşinqton və Kişinyov görüşləri kimi uğursuz olsa, Bakı daha adekvat tədbirlər görsün.
Bütün bunların fonunda Yoav Qallantın Azərbaycana səfərini həm Təl-Əvivin Bakıya dəstəyi, həm də mövcud vəziyyətin dəyərləndirilməsi kimi qiymətləndirmək olar.
Qallantın görüşəcəyi şəxslər arasında müdafiə naziri və DSX rəisinin də olması bunu deməyə əsas verir.
Turan Rzayev,
Politoloq
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi