Polislə sakinlər arasında qarşıdurma olub

img

23-05-2014 [10:17]


"Bakı Metropoliteni" QSC "Dərnəgül" Deposunun tikintisi üçün ayrılan torpaq sahəsində tikilən evlərin söküntüsü başlanılıb. 

Sakinlərin verdikləri məlumata görə, "Bakı Metropoliteni" nümayəndələri Xarici dairəvi küçəsi, 3126/27-ci məhəllədə əraziləri zəbt edən məcburi köçkünlər evlərindən çıxarırlar. 

Evlərindən çıxarılan sakinlər aksiya keçirirlər. Onlar özlərini və uşaqlarını yandıracaqlarını bəyan edirlər. Hazırda əraziyə Metropoliten əməkdaşları və polislər cəlb olunub. Sakinlərlə polislər arasında qarşıdurmanın yarandığı bildirilir. 

Qeyd edək ki, burada məskunlaşan 6 ailənin hər birinin adına Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Mehdiabad qəsəbində mənzil verilib. Lakin onlar "Metropoliten"dən də kompensasiya tələb edirlər.
Anspress.com 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA