Türkiyə Aİ-na qəbul ediləcək? - TƏHLİL
11-07-2023 [13:00]
NATO sammiti üçün Vilnüsə uçmazdan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi üçün Avropa İttifaqına gedən yolu açmağa çağırıb.
“50 ildir bizi Aİ yolunda saxlayan ölkələrə müraciət etmək istəyirəm. Türkiyənin Avropa İttifaqına yolunu açın. Biz də İsveçin NATO-ya yolunu açacağıq. İsveçin NATO-ya üzv olmaq üçün Ankara ilə imzaladığı memorandumun şərtlərinə tam əməl etməsini gözləyirik. Şərtləri yerinə yetirmək lazımdır. Bu axşam mən İsveçin baş naziri Ulf Kristersson ilə görüşəcəyəm. Onlardan bizə verdiyi sözə əməl etmələrini istəyirik. Türkiyə də öz növbəsində NATO-nun fəaliyyətinə kömək edir, lazım olan hər şeyi edir", deyə Türkiyə Prezidenti bildirib.
Ötən il iyunun 28-də Madriddə NATO sammiti başlamazdan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö, o vaxt İsveçin baş naziri Maqdalena Andersson və NATO-nun baş katibi Yens Stoltenberq arasında danışıqlar aparılıb. Bir növ yol xəritəsi olan və Stokholm və Helsinkiyə NATO-ya daxil olmağa imkan verən memorandum imzalanıb.
Martın 31-də Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqləyib, Finlandiya aprelin 4-də alyansa üzv seçilib.
Türkiyəli qanunvericilər Stokholmdan Terrorla Mübarizə üzrə Madrid Memorandumunun bütün müddəalarına əməl etməyi tələb edərək İsveçin alyansa daxil olması ilə bağlı protokolunu isə hələ ki, təsdiqləməyiblər.
Görünən odur ki, Vilnüs sammitində İsveçin üzvlüyü məsələsi müzakirə olunan məsələlər sırasında olacaq. Lakin Türkiyənin İsveçlə bağlı tələbi də diqqətdən kənarda qalmayacaq.
Ankaranın tələbində israrlı olduğu xüsusi vurğulanır. Prinsip etibarilə bu, haqlı və yerində tələbdir. Türkiyə illərdir müxtəlif bəhanələrlə ittifaqa üzv edilmir.
Ağ Evin Milli Təhlükəsizlik Şurası bildirib: “ABŞ Türkiyənin Avropa İttifaqına (Aİ) üzv olmaq istəyini dəstəkləyir. Birləşmiş Ştatlar Türkiyənin Aİ-yə üzvlük istəklərini həmişə dəstəkləyib və dəstəkləməkdə davam edir. Türkiyənin üzvlük iddiası və prosesi Aİ və Türkiyə arasında olan bir məsələdir. Bizim diqqətimiz isə NATO-ya üzv olmağa hazır olan İsveçə yönəlib”,
Rəsmi Vaşinqton Türkiyənin Avropa İttifaqına (Aİ) üzv olmaq istəyini dəstəklədiyini bildirsə də topu Aİ üzərinə atır. Xüsusi ilə “Türkiyənin üzvlük iddiası və prosesi Aİ və Türkiyə arasında olan bir məsələdir” ifadəsi bunu deməyə əsas verir.
Vilnüs görüşü öncəsi Bayden və Ərdoğan arasında baş tutan telefon danışığında da daha çox İsveçin NATO-ya üzvlük məsələsi müzakirə edilib.
Əslində Vaşinqtonun bu mövqeyi anlaşılandır. ABŞ Aİ üzvlərinin Türkiyəni ittifaqa qəbul etməyəcəyini bilir. Təbii olaraq Türkiyə və Aİ arasında qalmaq istəmir. Buna görə də bu məsələni özlərinin həll etməsini istəyir.
Rəsmi Ankaranın indiki məqamda Aİ-yə qəbul edilməsi real deyil. Bunun birdən çox səbəbi var. Lakin iki səbəb xüsusilə vacibdir.
Birincisi, Türkiyənin Avropa İttifaqına üzv qəbul edilməsi başda təhsil və iş imkanları baxımından milyonlarla Türkiyə vətəndaşının Avropa ölkələrinə axın etməsinə gətirib çıxaracaq. Onsuz da kifayət qədər problem yaşayan ittifaq ölkələrinin türk vətəndaşlarını qəbul etməsi qurum üçün özlüyündə yeni problemlər aça bilər.
İkincisi, son statistik göstəricilərə görə hazırda Türkiyədə 3 milyon 600 min miqrant məskunlaşıb. Suriyada vətəndaş müharibəsindən qaçaraq Türkiyəyə üz tutan suryalılar başda olmaqla Pakistan, Əfqanıstan, Mərkəzi Asiya ölkələri və s. ölkələrdən insanlar bu gün Türkiyəyə üz tutur. Ankaranın Avropa İttifaqına üzv olması halında bu miqrantlar ittifaq ölkələrinə sərbəst şəkildə keçid edə biləcək. İttifaq isə bunu gözə ala bilməz.
Mümkündür ki, Vilnüs görüşü sonrası İsveçin NATO-ya üzvlüyü reallaşsın. Lakin Türkiyənin Avropa İttifaqına üzvlüyü indiki şərtlərdə o qədər real görünmür.
Turan Rzayev,
Politoloq
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi