Türkiyə və ABŞ prezidentləri bir araya gələcək: liderlərin gündəliyində 3 əsas mövzu olacaq - TƏHLİL
10-07-2023 [16:28]
Türkiyə və ABŞ prezidentləri ikitərəfli və regional münasibətlərin ətraflı müzakirəsi üçün NATO-nun Vilnüs sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər.
Hazırda tərəflər arasında müzakirəyə ehtiyac duyulan bir çox məsələ var. Bununla belə, görüş zamanı liderlərin gündəliyində 3 əsas mövzu olacaq:
İsveçin NATO-ya üzvlüyü
Ankara Stokholmun alyansa üzvlüyünə razı deyil. Belə ki, PKK, PYD, YPG kimi terror təşkilatlarının liderlərinin üzvləri bu gün İsveçdə sığınacaq alır, yaşayır və azad şəkildə Ankaranın əleyhinə fəaliyyət göstərir. Türkiyə də öz növbəsində həm bu səbəblər, həm də son illərdə Quranın yandırılmasını əsas gətirərək İsveçin NATO-ya üzv olmasına qarşı çıxır.
Lakin aydın məsələdir ki, Ankaranın istəyi daha böyükdür. Misal üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib ki, Türkiyənin Avropa Birliyinə gedən yolunu açmaq lazımdır.
Ankaranın yekun tələbi Türkiyənin Avropa İttifaqına üzv kimi qəbul edilməsidir. Prinsip etibarilə bu, haqlı və yerində tələbdir. Türkiyə illərdir müxtəlif bəhanələrlə ittifaqa üzv edilmir. İndi də İsveçin NATO-ya üzvlüyünə qarşı
Türkiyənin Avropa İttifaqına üzvlüyü istənilir.
Bu baxımdan, Bayden və Ərdoğan arasında Vilnüsdə keçiriləcək görüş zamanı əsas müzakirə ediləcək məsələlərdən biri bu ola bilər. Bununla belə, Qərb çətin ki, Ankaranın bu təklifini qəbul etsin.
Ümumiyyətlə, Qərb Türkiyəni Avropanın bir parçası olaraq görmür. Lakin Vaşinqton Türkiyənin Avropa İttifaqına üzv qəbul edilməsindənsə Türk Dövlətlər Təşkilatının güclənməsi və Ankaranın öz alyansını yaratması istiqamətində daha cəzbedici təkliflər edə bilər.
F-16-ların tədarükü
F-16-ların tədarükü hazırda Vaşinqton və Ankara arasında başlıca mübahisə mövzusudur. Prinsip etibarilə Bayden administrasiyası qırıcıların tədarükünü gerçəkləşdirməkdə maraqlıdır. Buna mane olan əsas qüvvə senator Robert Menendez və onunla eyni fikirdə olan bir sıra senatorlardır.
Nyu-Cersi ştatından olan senator Robert Menendez ermənipərəst çıxışları ilə və korrupsiya qalmaqalı ilə tanınır. Vilnüs görüşü öncəsi ABŞ Dövlət Departamenti Türkiyəyə F-16 qırıcılarının tədarükünə mane olmamağa inandırmaq üçün senator Robert Menendezlə danışıqlar aparır. Menendezin fikrinə təsir etmək məqsədilə hətta ABŞ-ın Manhetten Federal Prokurorluğu və Federal Təhqiqat Bürosu (FTB) onun və erməni əsilli arvadı Nadine Arslanyanın “IS EG Halal” ət şirkətindən lüks avtomobil və Vaşinqtonda mənzil hədiyyə almaları barədə məsələni araşdırır.
Vilnüs görüşü zamanı Bayden və Ərdoğan arasında F-16-ların tədarükünə dair razılığın əldə edilməsi mümkündür.
“Taxıl sazişi”
Liderlərin görüşü zamanı müzakirə edilməsi ehtimal mövzulardan biri də “Taxıl sazişi”nin uzadılmasıdır. Məlum olduğu kimi, hazırkı saziş ötən il iyulun 22-də İstanbulda Türkiyənin vasitəçiliyi ilə imzalanıb. Bayden Vilnüs görüşündə Ərdoğandan sazişin uzadılmasını və Rusiyanın sazişdən çıxmasına mane olmasını istəyə bilər.
Hesab edirəm, sazişin Türkiyənin vasitəçiliyi ilə uzadılması mümkündür. Lakin Ərdoğan da Kremlin tələblərini Vaşinqtonun diqqətinə çatdıracaq. Putin sazişin qarşılıqsız uzadılmasına getməyəcək.
Turan Rzayev,
Politoloq
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi