22-05-2014 [18:13]
Prezident İlham Əliyev Bakı Sərgi Mərkəzində "World Food Azerbaijan-2014” XX Azərbaycan Beynəlxalq qida sənayesi və "Agrihort Azerbaijan-2014” VIII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olub.
Kənd təsərrüfatı naziri Heydər Əsədov dövlət başçısına məlumat verib ki, "World Food Azerbaijan–2014” sərgisi dünyaca məşhur "World Food” sərgi brendinin bir hissəsidir və özündə Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Hindistan, Türkiyə və digər ölkələrin qida sənayesi üzrə ən iri sərgilərini birləşdirir.
Sərgi 20 illik yubileyini rekord sayda eksponentlə, yəni 242 iştirakçı şirkətlə qeyd edir. İlk dəfədir ki, sərgiyə dünyanın 36 ölkəsindən nümayəndələr qatılıblar. Ənənəvi olaraq, bu siyahıda üstünlük Avropa (57 faiz) və MDB (15 faiz) ölkələrinin şirkətlərinə məxsusdur.
Regionlarda ən yeni avadanlıq və istehsal texnologiyalarının tətbiqini stimullaşdırmaq məqsədilə "World Food Azerbaijan” və "Agri Hort Azerbaijan” sərgilərində Bərdə, Qəbələ, Gəncə, Lənkəran, Saatlı, Sabirabad, Xaçmaz və digər rayonlardan sahibkarlar üçün infoturlar təşkil edilib. Ümumilikdə, iştirakçılar öz məhsullarını 3 əsas istiqamətdə nümayiş etdirirlər: qida sənayesi ("WorldFood”), içkilər ("WorldDrink”) və ərzaq texnologiyaları ("WorldFoodTech”). Sərgidə ət, balıq, qənnadı və çörək-bulka məmulatları, habelə meyvə-tərəvəz, içkilər, çay, qəhvə, süd və yağ-piy məhsulları təqdim olunur. Stendlərdə, həmçinin qida sənayesi üçün avadanlıq və inqrediyentlər nümayiş etdirilir.
Diqqətə çatdırılıb ki, "Agri Hort Azerbaijan–2014” sərgisində Azərbaycan, ABŞ, Almaniya, İspaniya, İtaliya, Niderland Krallığı, Rusiya, Ukrayna, Fransa və digər ölkələrin şirkətləri təmsil olunur. Sərgidə kənd təsərrüfatı və quşçuluq fabrikləri üçün avadanlıq, habelə istixanalar, suvarma sistemləri, heyvan və balıq yemi, toxumlar, gübrələr və s. nümayiş etdirilir.
Qeyd edilib ki, sərginin sahəsi ötən illə müqayisədə 2,5 dəfə artıb. Builki sərginin daha bir fərqləndirici xüsusiyyəti kənd təsərrüfatı texnikasına həsr olunmuş ekspozisiya sahəsinin genişlənməsidir. Belə ki, həmin ekspozisiya Bakı Sərgi Mərkəzi ilə yanaşı, açıq meydançada təşkil olunub. Burada "AzTexnika”, "John Deere”, Gəncə avtomobil zavodu, "Klever”, "Rostselmaş” və "Qomselmaş” kimi istehsalçı və distribüterlər öz məhsullarını nümayiş etdirirlər.
Azərbaycan prezidenti sərgilərin pavilyonları ilə tanış olub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi