Fransa şirkəti Xəzərdə neft və qaz çıxarır - Rəsmi Bakı bu şirkətlə əməkdaşlığı dayandıra bilərmi?
10-07-2023 [12:12]
Fransanın “TotalEnergies” şirkəti SOCAR-la əməkdaşlıq çərçivəsində Xəzər dənizindəki “Abşeron” qaz-kondensat yatağında təbii qaz hasilatına başlayıb.
Mia.az xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.
Məlumat üçün qeyd edək ki, bu yataqdan gündəlik təxminən 4 milyon kubmetr mavi yanacaq və 12 min barel kondensat hasil ediləcəyi gözlənilir.
Fransanın Ermənistanın işğalçılıq siyasətinə açıq şəkildə dəstək verməsi kontektində rəsmi Bakı ilə münasibətlərin kəskinləşməsinə təsadüf edən bu açıqlama maraqlı sualı doğurur: görəsən, rəsmi Bakı Fransanın qərəzli müanasibət və haqsız addımlarına cavab olaraq bu şirkətlə əməkdaşlığı dayandıra bilər?
Bu sualla bağlı müraciət etdiyiimiz politoloq Turan Rzayevin sözlərinə görə, hazırkı şəraitdə dövlətlərarası münasibətlər birşaxəli deyil, çoxşaxəli istiqamətlərdə davam edir: "Bəzən real müharibə şəraiti istisna olmaqla, dövlətlər arasındakı siyasi münasibətlər kəskin xarakter ala bilər. Lakin bu, iqtisadi münasibətlərə təsir etmir. Misal üçün, bizim İranla da siyasi münasibətlərimiz gərgin müstəvidə davam edir. Hətta orada səfirliyimizi qapatmışıq, onların buradakı səfirliyinin bəzi diplomatları ölkədən çıxarılıb. Ancaq buna baxmayaraq, Azərbaycan-İran arasında iqtisadi münasibətlərimiz davam etməkdədir. Hətta bu yaxınlarda iqtisadi sahədə yeni sazişlər də imzalanıb. Oxşar nümunəni İsrail-Türkiyə münasibətlərində də görmək olar. Siyasi gərginlik pik həddinə çatsa da, Ankara ilə Tel-Əviv arasındaki iqtiadi və ticarət dövriyyəsinin həcmi hətta artmışdır.
Yəni, Fransa ilə də belə vəziyyət var. bu ölkənin separtizmə açıq dəstəyi ortadadır. Buna görə Fransa səfiri dəfələrlə XİN-ı çağıırlıb, hətta rəsmi Parisə nota belə verilib. Bəli, qeyd olunduğu kimi, siyasi münasibətlər pis olsa da, bu, iqtisadi əlaqələrə təsir etmir, etməməlidir də".
Politoloq deyir ki, əgər çox ciddi vəziyyət yaranarsa, yəni, ölkələr arasında müharibə riski yaranarsa, o zaman iqtisadi əlaqləri dayandırmaq olar: "Azərbaycanın xarici iqtisadi əlaqələrinin böyük hissəsi əsasən neft və qaz sahəsinin üzərinə düşür. Ona görə indki məqamda düşünmürəm ki, Fransa ilə siyasi münasibətlərin kəskin olması iqtisadi əlaqələrə kölgə salmalıdır və ya hansısa şirkətlə əməkdaşlıq dayandırılmalıdır. Dediyim kimi, siyasi və iqtisadi münasibətlər bir-birindən tamamilə ayrıdır və bir-birinə qarışdırılmır...".
Samir
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi