Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
08-07-2023 [00:02]
Qoç - yeni tərəfdaşlarla əməkdaşlığa başlamaqla yanaşı, mövcud işgüzar münasibətləri möhkəmləndirin. Birgə layihələr uğur vəd edir. Problemlərin həllinə yaradıcı yanaşma nümayiş etdirin. İdeyaların reallaşdırılması üçün ehtiyac yaranarsa, ənənəvi qaydaları darmadağın edin. Fəsadlardan və nəticələrdən qorxmayın.
Gününi ikinci yarısında yaxınlarınıza yardım edin. Bunun üçün planlaşdırılmış işlər, səfər və ya istirahətdən imtina etmək olar.
Buğa - çox işlərin öhdəsindən gələcəksiniz. Məqsədə aparan yolda çoxsaylı sədlərlə maneələrin yaranmasına hazır olun. Bu problemlər yalnız ilk baxışdan həlli mümkünsüz sayıla bilər. Təslim olmayın, geri çəkilməyin. İnadkar olun, potensialınıza və bacarıqlarınıza güvənin. Peşəkar fəaliyyət sahəsində irəliləyişə nail olacaqsınız. Maliyyə məsələləri ilə bağlı istənilən riskdən uzaq durun.
Şəxsi münasibətlərdə köklü, əhəmiyyətli dəyişiliklər zamanı deyil. Yaxınlarınızla münasibətləri aydınlaşdırmağa, uzaq gələcəklə bağlı məsələləri müzakirə etməyə cəhd göstərməyin. Dəvət aldığınız yerdə özünüzü narahat hiss edəcəksiniz.
Əkizlər - diqqətə layiq olmayan, mənasız işlərlə söhbətlərə çox vaxt ayırmayın. Başqasının fikirlərini anlamağa, dediklərini dinləməyə çalışın. Uzun müddətdən bəri hazırladığınız planları kiminsə xoşuna gəlmədiyi üçün dəyişməyin, təxirə salmayın.
Yeni məlumatlar çoxdur, amma əksəriyyəti yanlışdır. İstənilən informasiyanı diqqətli şəkildə yoxlamaq lazımdır. Şayiələr və dedi-qodu nüfuzunuza zərbə vuraraq mövqelərinizi zəiflədə bilər. Alış-verişdə bədxərclik etməyin.
Xərçəng - emosiyaların əsirinə çevrilərək hisslərinizi cilovlaya bilməsəniz, kobud səhvlərə yol verəcəksiniz. Situasiyadan asılı olaraq qərar qəbul edin. Təcrübəli manipulyatorlar sizin təşəxxüs və eqoizminizdən yararlanmağa çalışacaqlar. Yalnız bu adamların maraqlarında olan addımlar atmayın. tibar edə biləcəyiniz insanı müəyyənləşdirin. İntuisiya susacaq.
Uzun müddətdən bəri üzərindən sükutla keçdiyiniz, unutmağa çalışdığınız ixtilaflar və münaqişələr yenidən gündəmə gəlir. Bu səbəbdən də yaxın insanlarla münaqişə yaratmayın.
Şir - əsla maraqlanmadığınız işlərlə məşğul olmaq zərurəti yaranıb. Yaxşı tanımadığınız insanlarla münaqişələr istisna deyil. Alış-veriş, aksiyalara qatılmaq məsləhət deyil. Yaxın keçmişdəki olayları analiz etmək olar. Dürüst nəticələr çıxarın, səhvləri təkrarlamayın. Sevdiyiniz insan sizi sevindirəcək. Xoş sürprizlər olacaq. Pulunuzu mənasız nəsnələrə xərcləməyin.
Qız - yeni işləri və layihələri təxirə salmaq gərəkdir. Həmin işləri başa çatdırmaq asan olmayacaq. Şərtlər də əlverişli deyil. Hesablamalarda kobud səhvlər maliyyə itkilərinə səbəb ola bilər. Fırıldaqçıların şirin vədlərinə aldanaraq onların məkrli planlarına hədəf olmayın. İşlə bağlı önəmli qərarlar qəbul etməyə dəyməz.
Günün ikinci yarısında enerji potensialınızın səviyyəsi aşağı düşəcək. Adi günlərdən fərqli olaraq daha tez yorulacaqsınız. Səhhətinizdə problemlər yarana bilər. Allergik reaksiyalar və qida zəhərlənməsi riski artır. Plandaşdırılmamış, uzaq səfərə yollanmağa dəyməz.
Tərəzi - problemlər az deyil. Lakin onları düşündüyünüzdən də sürətlə həll eləmək olar. Planlaşdırılan işlərin öhdəsindən qısa müddətdə gələcəksiniz. Amma işlərin sayı artacaq. Narahat olmayın, işləri yarımçıq qoymayın.
İşgüzar danışıqlarda diqqətli olun, mövqelərinizdən geri çəkilərək maraqlarınızı güzəştə getməyin. Karyeranızda irəliləyə bilərsiniz. Dostlarla görüşlər pis keçməyəcək. Dəvət aldığınız tədbirə qatılın. Sevdiyiniz insan sizi tənqid edəcək. Sərt danışsa belə, ondan inciməyin.
Əqrəb - həddən artıq ehtiyatlı olun. Uğursuz, çətin, mürəkkəb gündür. Bədxahlar sizə qarşı təxribat hazırlayırlar. Onlar səhvə yol verəcəyinizi gözləyir, maraqlarını təmin etmək üçün yanlışlığa yol verməyinizdən faydalanmaq istəyirlər. Təmaslarla ünsiyyətləri məhdudlaşdırın. Etibarına şübhə etmədiyiniz insanlarla əlaqələrdə aktiv olun. İstirahət və ya əyləncə ilə bağlı fikirləri təxirə salın. Mühüm işlərdən bəzilərini inandığınız insanlara həvalə etmək olar. Əks təqdirdə məhsuldar çalışmaq şanslarından yararlana bilməyəcəksiniz. Nəzərdə tutulmamış səfər, xoşagəlməz görüş istisna deyil.
Oxatan - günün ilk yarısında kobud səhvlərə yol verərək yanlış qərarlar qəbul etməyin. Dürüst istiqamətdə hərəkət etmədiyinizi gec anlamayın. Səhvlərin fəsadlarını aradan qaldırmaq imkanları mövcuddur. Yaxın ətrafınızdakı insanlara diqqətlə baxın. Müttəfiqiniz olduğunu deyən insanların çoxu belə şəxslər deyillər.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək. Vaxt pis keçməyəcək. Peşəkar fəaliyyət müstəvisindəki fikir ayrılıqlarının və ailədəki problemlərin həlli, mühüm məsələlərin çözülməsi üçün münasib zamandır.
Oğlaq - günün ilk yarısı xoşagəlməz fikirlər, narahatlıq, təlaş və əndişə zamanıdır. Ruhdan düşməyin, nikbin olun. Nöqsanlara və problemlərə rəğmən uğur əldə edə bilərsiniz. Uzun zamandan bəri başa vurmağa çalışdığınız işi bitirə bilərsiniz. Çoxsaylı kiçik məsələləri çözün. Diqqətli və sayıq olun, sərvaxt davranın. Yolda ehtiyatı əldən verməyin. Maliyyə çətinlikləri istisna deyil.
Dolça - günün ilk yarısı çətin məsələlərin həlli üçün əlverişli zamandır. Problemlər artmayacaq. Soyuqqanlı və təmkinli davranın. Rəqiblərlə müqayisədə daha qətiyyətli, iradəli və əzmkar olsanız, qarşınıza qoyduğunuz məqsədlərə çata biləcəksiniz. Saatlar keçdikcə durum kəskinləşə bilər. Tərəfdaşlarla dil tapmaq çətinləşir. Aqressiv davranış işlərinizin gedişatına çox pis təsir edə bilər.
Gizli saxlamağa çalışdığınız informasiya yayıla bilər. Sirlərinizi faş etməyə çalışan insan var. Planlaşdırılmamış səfərlər pis alınacaq, nəzərdə tutulandan da artıq vaxt sərf olunacaq.
Balıqlar - işlər çoxdur. Astagəllik, tənbəllik etməyin. Danışıqlar və toplantılar, müzakirələr çox vaxt ala bilər. Yaxın ətrafınızdakı insanlara mövqelərinizi başa salın. Haqlı olduğunuzu düşündüyünüz məqamlarda əsla geri çəkilməyin. Sizi ruhlandıracaq insan tapılacaq. Yeni müttəfiq və tanışlar tapa bilərsiniz. Əks cins mənsubları diqqətinizi cəlb etməyə çalışır. Qohumlarla təmaslarda səmimi, qayğıkeş olun.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi