Kremlin 2025 planı: Bakı Xankəndidə müqavimət göstərir, sonra isə... - TƏHLİL
07-07-2023 [15:23]
Rusiya sülhməramlıların Qarabağda qalması və səlahiyyət müddətinin uzadılması istiqamətində səylərini artırıb. Söhbət Azərbaycan tərəfinə edilən hər hansı rəsmi müraciətdən və ya Ermənistanla pərdəarxası danışıqlardan getmir.
Son vaxtlar istər Ermənistan-Azərbaycan şərti dövlət sərhədində baş verən təxribatlar, diversiya cəhdləri, istərsə də sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə gərginliyin artması, separatçıların “aktivləşməsi” Kremlin belə bir niyyətinin olduğundan xəbər verir.
Məsələ ondadır ki, sülhməramlıların ərazidə qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış tərəflərdən heç biri əks mövqedə çıxış etməsə, müddət avtomatik 5 il uzadılır. Kreml məhz bu bəndin icrasını gerçəkləşdirmək, beləcə növbəti 5 il ərazidə, regionda qalmaq istəyir.
Nəticəsiz Kişinyov və Vaşinqton görüşləri
Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Almaniya kansleri Olaf Şolts və Fransa dövlət başçısı Emmanuel Makronun iştirakı ilə Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən beştərəfli qeyri-rəsmi görüş və ABŞ Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə 27-29 iyun tarixində Vaşinqtonda keçirilən görüşlər böyük ölçüdə nəticəsiz bitdi.
Rusiya yaxşı bilir ki, Qərb formatında keçirilən görüşlərin uğurlu və nəticəli bitməsi Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsini sürətləndirə bilər. Yekun sülh müqaviləsinin imzalanması isə öz növbəsində Rusiya sülhməramlılarının Qarabağdan vaxtından öncə çıxması və Kremlin Cənubi Qafqaza təsir imkanlarının zəifləməsinə səbəb olacaq.
Rusiyanın 2025 planı
10 Noyabr bəyanatına görə, Rusiya sülhməramlılarının səlahiyyət müddəti 2025-ci ildə bitəcək. Lakin Kreml bu vaxtı uzatmaq, növbəti 5 il daha Qarabağda qalmaq istəyir.
Kreml yaxşı bilir ki, 2024 və 2025-ci illər Azərbaycanın siyasi həyatında aktivlik olacaq. Belə ki, Azərbaycanda 2024-cü ildə parlament, 2025-ci ildə isə prezident seçkiləri keçiriləcək.
Kreml Bakının başının seçki prosesinə qarışmasından da istifadə edərək növbəti 5 il ərzində regionda qalmaq, bunun üçün sülhməramlıların səlahiyyət müddətini uzatmaq istəyir.
Bakının müqaviməti
Mümkündür ki, Azərbaycan Rusiyanın 2025-ci il planından xəbərdardır və bu planın baş tutmaması üçün əlindən gələni edir.
İndiki məqamda rəsmi Bakı həm diplomatik sferada, həm də hərbi konstekstdə Kremldən çəkinmədiyini açıq-aşkar göstərir. Misal üçün Bakının Brüssel görüşlərinə diqqət ayırması, ABŞ-la təmasların qurulması Türkiyə-İsrail ilə strateji hərbi tərəfdaşlığı artırması buna dəlalət edir. Bundan başqa, rəsmi Bakının keçirdiyi sonuncu “Qisas-2” əməliyyatı və keçirilməsi ehtimal olan “Qisas-3” əməliyyatı da öz növbəsində Azərbaycanın hərbi baxımdan hazırlıqlı olduğunu göstərir.
Bakı ən qısa zamanda sülhün əldə edilməsini istəyir. Əks təqdirdə prosesin növbəti 5 il ərzində uzanmaq riski var.
Bundan başqa, rəsmi Bakı anlayır ki, Rusiya regionda gərginliyi artırsa da, Ukrayna müharibəsinə görə bütün imkanlarını Cənubi Qafqaza cəlb edə bilmir. Bakı Qarabağdakı prosesin tezliklə yekunlaşmasını və sülhmərmalıların qalma müddətinin uzadılmasının qarşısını almaq istəyir.
Turan Rzayev,
Politoloq
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi